Siyavuş Novruzov: Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qurduğu dövlətdir
18.05.2017 [09:55]
Xəbər verildiyi kimi mayın 16-da Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Öz növbəsində məsələ ilə bağlı Modern.az-a açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı istər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə sərəncamlar verilib. Onun sözlərinə görə, AXC qurucularının adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılıb və bu proses indi də davam edir.
Komitə sədri açıqlamasında özünü AXC-nin varisi adlandıran müxalifət partiyalarını da tənqid edib: “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qurduğu dövlətdir. Hansısa 3-5 adamın sonradan özünü bu dövlətin varisi adlandırması gülüş doğurur. Bunlara notariat qaydasında vəkalət verilib ki, AXC-dən sonra onlar olacaqlar?! İndi çox insana Əli adı qoyulur. Bununla hamı həzrəti Əli olmur ki! Və ya deyirik ki, kimsə atasının gözünü çıxartdı ki, ona “Koroğlu” desinlər. Hamı isə başladı ona “korun oğlu” deməyə.
Bu müxalifət də belədir. Adını “Müsavat” qoymaqla həminki Cümhuriyyət və ya əvvəlki Müsavat olmur. Azərbaycan Xalq Cümhuriyyətinin varisi mövcud Azərbaycan dövlətidir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının sərvətidir. Buna görə də heç kəs bunu öz adına yaza bilməz. Buna nə mənəvi, nə hüquqi haqqı var”.
YAP İcra katibinin müavini onu da bildirib ki, Elmlər Akademiyasının Rəyasət Heyətinin binası qarşısında Xalq Cümhuriyyəti ilə bağlı abidə qoyulub: “O cümlədən də Azərbaycan Xalq Cümhuriyyəti qurucularının adlarının əbədiləşdirilməsi və onlara xatirə kompleksinin yaradılması ilə əlaqədar cənab Prezidentin Sərəncamı var. Bu Sərəncama uyğun olaraq, müsabiqə elan edilib. Müsabiqədə işlənən layihələr hazırlanıb təqdim edildikdən sonra Bakının ən görkəmli yerlərinin birində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə abidə kompleksi qoyulacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25

