Layihələrin təqdimatı üçün 11 istiqamət müəyyənləşdirilib
26.06.2009 [12:06]
İyulun 1-dən etibarən mətbuatın inkişafına dövlət dəstəyini həyata keçirmək məqsədilə müsabiqə elan ediləcək. Bu barədə dünən keçirilən mətbuat konfransında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov bildirib. İcraçı direktor deyib ki, Prezident İlham Əliyevin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə bağlı Sərəncamına əsasən, 3 aprel 2009-cu il tarixində bu fond yaradılıb.
Vüqar Səfərovun sözlərinə görə, dövlət büdcəsindən ayrılan 1 milyon 300 min manatın 200 min manatı fondun saxlanılmasına, 1 milyon 100 min manatı isə layihələrin maliyyələşdirilməsinə xərclənəcək: “Bir layihəyə ayrılacaq vəsait 20 min manatdan artıq olmayacaq. Layihələrin təqdimatı üçün aşağıdakı 11 istiqamət müəyyənləşdirilib. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdiriliməsi, qanunvericiliyin təkmilləşdirilməsi; İnsan hüquq və azadlıqlarının müdafiəsi; İctimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycançılıq ideyasının, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği; Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması; İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; Regionların sosial iqtisadi inkişafının təşviq edilməsi; Uşaq və gənclərin fiziki və mənəvi inkişafı; Jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması; KİV-in fəaliyyətinin təkmilləşdirilməsi”.
İcraçı direktor, həmçinin, qeyd edib ki, artıq layihələrin elan forması hazırlanıb: “Elan formasında layihə istiqamətləri və mövzular göstərilib. Beləliklə, 11 istiqamət üzrə ən azı 2 mövzu seçiləcək. Bu gündən (yəni, dünəndən) etibarən bəzi KİV-də elan və ərizə forması, müsabiqənin şərtləri öz əksini tapacaq. Hər layihəyə 20 min manat dəyərində maliyyə ayrılacaq. İyulun 1-dən 30-dək hər gün layihə sənədləri fondun ofisində qəbul olunacaq. Bundan başqa, iyulun 1-dən 7-dək hər gün Mətbuat Şurasının akt zalında layihə hazırlaya bilməyən jurnalistlər üçün kurslar keçiriləcək”.
İcraçı direktorun sözlərinə görə, təqdim olunan layihələr 7 səhifədən artıq olmamalı və bura büdcə də daxil edilməlidir: “Layihələr üçün sənəd qəbulu fondun Şeyx Şamil küçəsindəki ofisində aparılacaq. Sənəd qəbulu başa çatdıqdan sonra avqust ayında layihələr ekspert qiymətləndirilməsinə təqdim ediləcək. Hər bir layihəni ayrılıqda 3 ekspert qiymətləndirəcək. Layihələr kodlaşdırılacaq, bu səbəbdən də layihənin kimə aid olduğu və hansı ekspert tərəfindən yoxlanıldığı bilinməyəcək. Qaliblər sentyabrın birinci həftəsində elan ediləcək”.
Vüqar Səfərov onu da deyib ki, müsabiqədən keçmiş layihələr müəyyənləşdirildikdən sonra apellyasiyaya müraciət etmək istəyən layihə müəllifləri üçün Müşahidə Şurasının tərkibindən seçilən 3 nəfərdən ibarət apellyasiya qrupu yaradılacaq: “Həmin qrupa da müvafiq olaraq, 1 nəfər dövlət orqanı nümayəndəsi, 1 nəfər jurnalist təşkilatı nümayəndəsi, 1 nəfər isə KİV nümayəndəsi daxil olacaq”.
Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu fondun Azərbaycanın müstəqil mətbuat bazasının yaradılmasına və iqtisadi bazasının gücləndirilməsinə böyük dəstəyi olacaq.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

