Sarkisyanın siyasi dilənçiliyi, yaxud erməni lobbisi mövcud rejimdən üz döndərib
11.03.2017 [10:36]
Azərbaycanın diplomatik cəbhədə və hərbi müstəvidə əldə etdiyi uğurların müqabilində dalana dirənən işğalçı ölkə başçısının Fransa səfəri parlament seçkilərində siyasi dəstək qazanmağa hesablanıb
Ermənistanda aprelin 2-də növbəti parlament seçkiləri keçiriləcək. Bu tarix yaxınlaşdıqca Ermənistan siyasi həyatında ziddiyyətlərin artması, yeni konfrantasiya meyillərinin ortaya çıxması müşahidə edilir. Bununla yanaşı, parlament seçkilərində ciddi uğursuzluğa düçar olacağını düşünən Sarkisyan rejimi yeni siyasi manipulyasiyalarla xilas yolu axtarmağa başlayıb. Belə ki, Cənubi Qafqazın forpost ölkəsinin başçısının Fransaya səfəri bu kontekstdə bir sıra məqamlara aydınlıq gətirib. Ekspertlər bu səfəri Sarkisyanın yeni dəstək axtarışına çıxması, daha doğrusu, növbəti siyasi dilənçiliyi kimi səciyyələndirirlər.
Sarkisyan rejimi çıxılmaz vəziyyətdə...
Hər şeydən öncə, Sarkisyan rejimi anlayır ki, Azərbaycanın diplomatik cəbhədə və hərbi müstəvidə əldə etdiyi uğurların müqabilində dalana dirənən Ermənistan çıxılmaz vəziyyətə düşüb. Və bu hal Sarkisyan rejimi üçün yaxşı heç nə vəd etmir. Ermənistan ictimaiyyəti mövcud rejimi ciddi tənqid atəşinə tutmaqdadır və dolayısıyla, bu durum hakimiyyətdə olan hərbi xuntanın əleyhinədir. Ermənistanın aprel döyüşlərindən və cari ilin fevral ayında baş verən hadisələrdən sonra mövcud situasiyanı öz lehinə dəyişdirmək imkanına malik olmaması Sarkisyan rejimində ciddi təlaş yaradıb. Buna görə də mövcud rejim silsilə xarakterli uğursuzluqların fonunda parlament seçkilərində siyasi iflasla qarşılaşmamaq üçün Avropada özünə dəstək axtarır...
Erməni diasporu Sarkisyan rejiminə qarşı təzyiqləri artırır
Sarkisyanın Fransa səfərinin ifadə etdiyi başqa bir reallıq isə erməni lobbisinin mövcud rejimdən üz döndərməsidir. Belə ki, istər diplomatik, istərsə də hərbi-psixoloji cəbhədə düçar olunan uğursuzluq erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətləri daha da artırıb. Ermənistan hakimiyyətinin xaricdəki başlıca dayaq nöqtəsi olan erməni lobbisi hazırkı hakimiyyəti ciddi tənqid obyektinə çevirib. Fransa, Livan və ABŞ-da erməni lobbisi, demək olar ki, davamlı olaraq Serj Sarkisyan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, erməni lobbisinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da Ermənistan hakimiyyətini tənəzzül mənbəyi adlandırırlar. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da tamamilə dayandırmaq haqqında məlumatlar yayır. Başlıca reallıq budur ki, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər etməyə başlayıb. Bu isə hakimiyyət-diaspor tandeminin tam mənada fiaskoya uğradığına dəlalət edir.
Beləliklə, bir neçə il bundan əvvəlki münasibətlərdən fərqli olaraq artıq nə Ermənistan hakimiyyəti erməni diasporunun iqtisadi-siyasi dəstəyinə arxalanır, nə də ki, erməni diasporu mövcud hakimiyyəti müdafiə edir. Erməni diasporunun qənaətincə, Serj Sarkisyan hakimiyyətinin tutduğu mövqe və sərgilədiyi fəaliyyət ermənilərin maraqlarına zərbə endirməklə yanaşı, ölkəni uçuruma doğru sürükləməkdədir. Erməni diasporunun yekun mövqeyi ondan ibarətdir ki, əgər Sarkisyan hakimiyyəti məhz bu cür mövqeyini davam etdirəcəksə, bu zaman ölkədə hökm sürən iqtisadi-siyasi böhran daha da şiddətlənəcək, Ermənistan beynəlxalq aləmdə ciddi problemlər və təzyiqlərlə qarşılaşacaq. Bir müddət öncə Ermənistanın “Tert.am” saytının yaydığı və erməni lobbisinin Sarkisyan hakimiyyəti barədəki mövqeyini ictimaiyyətə çatdıran məlumatda əks olunanlar reallığı olduqca aşkar şəkildə ifadə edir. Məlumatda qeyd edilib ki, “Sarkisyan hakimiyyətinin atdığı addımlar Ermənistan dövləti və xalqının əleyhinə yönəlib. Bizim mövqeyimiz və tələbimiz ondan ibarətdir ki, bu hakimiyyət məhz bu cür dağıdıcı siyasətindən əl çəksin. Əks halda ölkəni çox böyük fəlakətlər gözləyir”.
Bununla yanaşı, erməni siyasi ictimaiyyəti isə yeganə çıxış yolunun Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda barışıq əldə olunmasında olduğunu ifadə edirlər. Çünki Ermənistan ictimaiyyəti anlayır ki, bu ölkənin işğalçı siyasəti onların özü üçün fəlakət mənbəyi kimi çıxış edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

