/ / Nalbandyanın çarəsiz çırpınışları, yaxud Ermənistanın forpost olması bir daha dünyanın diqqətinə çatdırıldı
Nalbandyanın çarəsiz çırpınışları, yaxud Ermənistanın forpost olması bir daha dünyanın diqqətinə çatdırıldı
23.02.2017 [10:02]
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Almaniyanın “Deutsche Welle” xəbər agentliyinə müsahibəsində ölkəsinin müstəqil siyasət yeritmədiyini və sərbəst qərar qəbul etmək iqtidarında olmadığını etiraf etmək məcburiyyətində qalıb
Bu, bir həqiqətdir ki, işğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət kursunda beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, kimsəyə sirr deyil ki, Ermənistanın xarici siyasəti müəyyən güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir.
Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə sadəcə hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Vurğulamaq lazımdır ki, son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Buna paralel olaraq dünya mediasında yer alan müxtəlif yazılar və süjetlərdə də Ermənistanın heç nisbi müstəqilliyə malik olmadığı da diqqətə çatdırılır, bu ölkənin müəyyən geopolitik subyektlərin direktivləri əsasında çıxış etdiyi vurğulanır. Yeri gəlmişkən, fevralın 21-də Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın Almaniyanın “Deutsche Welle” xəbər agentliyinə müsahibəsində bu məqamlar növbəti dəfə özünü göstərib. Alman jurnalist müsahibə əsnasında Ermənistanın Rusiyanın forpostu olduğunu, Moskvanın icazəsi olmadan Ermənistanın heç bir addım ata bilmədiyini, bu ölkənin müstəqilliyinin formal olduğunu bu və ya digər şəkildə Nalbandyanın diqqətinə çatdırıb. Nalbandyan Ermənistanın Rusiyadan heç bir asılılığının olmadığını iddia etsə də, istənilən halda Avropa İttifaqı ilə saziş istiqamətində atılacaq addımların Rusiya ilə razılaşdırılacağını bildirib. Reallıqlar qarşısında çarəsiz durumda qalan Nalbandyan erməni siyasətçilərin ənənəvi metoduna - siyasi manipulyasiyaya istinad edərək diqqəti yayındırmağa çalışsa da, buna nail ola bilməyib. Müsahibəni götürən jurnalistin Ermənistanın müstəqil siyasət yürütməsi fikrinə inamsızlığı Nalbandyanı hiddətləndirib. O, jurnalisti nəzakətsizlikdə ittiham edib. Bundan başqa, Nalbandyan Ermənistan iqtisadiyyatının erməni diasporunun verdiyi ianələr hesabına formalaşdığını inkar etməyə çalışsa da, erməni diasporunun dəstəyini çox yüksək qiymətləndirdiklərini deyib. Nalbandyan həm də etiraf edib ki, Ermənistanın ticarət dövriyyəsinin üçdə ikisi Rusiya ilə aparılır.
Əlbəttə, bütün bunlar Ermənistanın daxili və xarici platformada yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə digər ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır. Məhz erməni mətbuatı da yazır ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq yox, çox hallarda təzyiq obyektinə çevrilib. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır.
Bununla yanaşı, Nalbandyan etiraf etməyə məcbub olur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli eyni zamanda ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Jurnalistin “hansı ölkənin ərazi bütövlüyünü nəzərdə tutursunuz” əsaslı sualından isə yayınmağa çalışıb. Amma bütün hallarda erməni nazir və Ermənistan yaxşı anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində başlıca prinsip məhz dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığıdır. Ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Və bu gün Ermənistanın xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadə edərək separatizmə xidmət edən iddia və hərəkətlərlə çıxış etməsi yolverilməzdir. Ümumiyyətlə, münaqişənin həlli məsələsində ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları sırf Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Ermənistan onu da yaxşı bilir ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Bütövlükdə, Ermənistanın bu reallıqları dərk etməsi və işğalçı siyasətdən əl çəkməsi bu ölkənin özü üçün yeganə xilas yoludur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

