D.Kiselyov: İlham Əliyevin məqsədi müstəqil, varlı, məğrur və dinc Azərbaycandır
27.12.2016 [10:15]
“Gözəl yumor hissinə və nurlu təbəssümə malik elmli və ziyalı Azərbaycan Prezidenti İlham Əliyev - 55”. Rusiyanın “Rossiya-24” federal dövlət informasiya telekanalının Azərbaycan Prezidenti İlham Əliyev haqqında süjeti bu sözlərlə başlayır.
Telekanalın aparıcısı tamaşaçılara dövlətimizin başçısı haqqında danışarkən bu sözləri deyib: “Azərbaycan Prezidenti yubileyi münasibətilə təbriklər qəbul edir. İlham Əliyev - 55. O, ölkənin ali vəzifəsinə 13 il əvvəl başlayaraq, atası Heydər Əliyevi əvəz edib. Sonra ölkə sakinləri daha iki dəfə respublikaya rəhbərliyi Ona etibar ediblər”.
“Vesti”nin müxbiri Andrey Şlyapnikov deyib: “Ölkəyə, bütün Azərbaycan xalqına görə məsuliyyət hissi İlham Əliyevin çiyinlərinə çox tez düşüb. O, 42 yaşında prezident olub və diz üstə çökmüş ölkəni dirçəltməyə, müstəqil Azərbaycanı qoruyub saxlamağa və möhkəmləndirməyə müvəffəq olmuş atası Heydər Əliyevin kursunu uğurla davam etdirir. İlham Əliyev inkişafı sürətləndirib, Azərbaycanı müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirib”.
Prezident İlham Əliyevi “Zamanı qabaqlayan ağırtəbiətli mükəmməl şəxsiyyət və siyasətçi” kimi xarakterizə edən “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov deyib: “Hesab edirəm ki, İlham Əliyev üçün ən qiymətli və ən əziz meyar Onun ölkəsi üçün qarşıya qoyduğu məqsədlərə çatmaqdır. Bu, müstəqil Azərbaycan, varlı Azərbaycan, məğrur Azərbaycan və dinc Azərbaycandır”.
Kinorejissor Yuli Qusmanın fikrincə, gənc Prezident İlham Əliyevin qarşısında ciddi çağırışlar dayanmışdı: “Onun üçün başlıca məsələ atasına - böyük rəhbər Heydər Əliyevə layiq olmaqdır. Əgər bu gün Heydər Əliyev bütün bunları görsəydi, oğlu ilə fəxr edərdi”.
Süjetdə deyilir: “Bütün fəaliyyət sahələrinə yeni baxış İlham Əliyevin kredosudur. Bakı geniş prospektləri və urbanizm üslubunda arxitektura əsərləri olan supermüasir şəhərdir. Bakıda çoxəsrlik tarix və müasirlik ahəngdarlıq təşkil edir. İlham Əliyev müstəqil xarici siyasət yürüdür, lakin Rusiyaya səmimi hisslər bəslədiyini gizlətmir. Azərbaycanda rus dilinə hörmət və məhəbbətlə yanaşırlar. Ölkədə təqribən 90 min şagirdin rus dilində təhsil aldığı 300-dən çox məktəb var. D.Kiselyov deyib: “İlham Əliyev rus dilini Avropaya pəncərə və sivilizasiyaya pəncərə adlandırır. Bu dildən imkan kimi istifadə edir, ondan problem yaratmır.
Bu da təsadüfi deyildir. Axı İlham Əliyev dünyada xüsusi çəkisi olan MDBMİ-nin sadəcə məzunu deyil, hələlik bu təhsil ocağının məzunu olan yeganə prezidentdir.
Azərbaycan Prezidentini təbrik edənlər arasında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru (1974-1984-cü illər) Nikolay Lebedev də var: “Mən Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Beş əla deməkdir. Siz institutda oxuyanda mən həmişə Sizə beş vermişəm və Siz inkişaf edən respublikanın rəhbəri kimi də bu qiyməti qazanmısınız”.
Yuli Qusman deyir: “Azərbaycan düzgün yoldadır. Nə yaxşı ki, onu bu yolla gözəl lider, Prezident İlham Əliyev aparır”.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 11:25
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36

