Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub
17.12.2016 [12:34]
Dekabrın 16-da Bakıya səfərini başa çatdırdıqdan sonra vətəninə qayıdan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimindən əvvəl qubernator Aleksandr Jilkinin Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşündə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Görüşdə həyata keçirilən bir sıra birgə layihələrdən danışılıb. Məhsuldar əməkdaşlığın daha bir nümunəsi kimi Azərbaycan Biznes Mərkəzinin tikintisinin əhəmiyyəti vurğulanıb.
Sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi olub.
Əvvəlcə Aleksandr Jilkin, Əli Həsənov və Azərbaycan nümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Təməlqoyma mərasimində çıxış edən qubernator Aleksandr Jilkin son illərdə Həştərxan vilayətində Heydər Əliyev Fondunun və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin fəal iştirakı ilə region üçün bir sıra əhəmiyyətli humanitar layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu layihələrə Heydər Əliyev adına 11 nömrəli Həştərxan orta məktəbinin binasının bərpası, “Dostluq” uşaq bağçasının inşası, Heydər Əliyev parkının, uşaq əyləncə şəhərciyinin abadlaşdırılması, Knyaz Vladimirin abidəsinin ucaldılması daxildir.
Aleksandr Jilkin deyib: “Bu gün ciddi böhran dövründə də bizə ölkələrimizin qarşılıqlı faydalı şərtlərlə inteqrasiyasına imkan verən yeni iqtisadi layihələr lazımdır. Bir ildən də az müddətdə bu yerdə ölkələrimizin iş adamlarının biznes fəaliyyətinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə təkan verəcək Azərbaycan Biznes Mərkəzi inşa olunacaq”.
Tədbirdə çıxış edən Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisinə dair saziş noyabrın əvvəlində Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı Həştərxan ilə çox sıx və səmimi əlaqələr qurmuş Heydər Əliyev Fondudur.
Prezidentin köməkçisi Əli Həsənov deyib: “Bu mərkəzdə biz Rusiya bazarına çıxaracağımız məhsulları təşviq etməyi planlaşdırırıq. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılar ilə uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək. Yeni obyektin tikintisi Həştərxan quberniyasının 300 illiyinə bizim töhfəmiz və səmimi dostluq münasibətlərimizin sübutu olacaq”.
Sonra Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub. Qubernator Aleksandr Jilkin və Prezidentin köməkçisi Əli Həsənov gilizi bünövrəyə buraxıblar.
Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz təməli qoyulan mərkəzin yaxın zamanda tikintisinə başlanılacaq. Beşmərtəbəli mərkəzin tikinti sahəsi 5 min kvadratmetr olacaq. 2017-ci ilin sonunda istifadəyə veriləcək mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zal və restoranlar yerləşəcək. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

