/ / Bahar Muradova: Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək
Bahar Muradova: Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək
22.11.2016 [10:16]
Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova Ermənistan prezidentinin son bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib. Bahar Muradova bildirib ki, bu məsələyə dair Azərbaycanın mövqeyi birmənalıdır: “Azərbaycan bir qarış torpağının da ondan qoparılmasına razı olmayacaq. Serj Sarkisyanın mesajı onun şirin yuxusu ola bilər. Dünya birliyi də Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbaycan bu prinsiplərlə mübarizə aparır və Ermənistanla danışıqlarda məhz bu mövqedən çıxış edir. Sarkisyan belə açıqlama verirsə, açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində gedir. Sarkisyanın söylədikləri danışıqların mahiyyətinə ziddir. Nəzərə alsaq ki, qarşıdan xarici işlər nazirlərinin görüşü gəlir və onlar da prezidentlərin növbəti görüşünü hazırlamaqla məşğul olacaqlar, bu cür açıqlama ilə Sarkisyan bəri başdan bu görüşdən imtina etdiyini bildirmiş olur”.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, Ermənistan hər dəfə öz gücünə deyil, başqalarının gücünə arxalanmaqla hərəkət edir. Azərbaycan yalnız öz gücünə güvənərək mübarizə aparır və ərazi bütövlüyünü təmin edəcək. Aprel döyüşləri sübut etdi ki, güclü olan hansı tərəfdir. Əgər Ermənistan bundan sonra da ittifaqda olduğu ölkələrin gücünü öz hərbi gücü hesab edərək danışıqlarda iştirak edəcəksə, bu, yalnız onun məğlubiyyətinə gətirib çıxaracaq. Ermənistanın hazırkı iqtisadi durumu, sosial vəziyyəti, ordusunun acınacaqlı vəziyyəti aprel döyüşlərində özünü göstərdi. Bu günlərdə Ermənistan hüquq müdafiəçilərinin Azərbaycanda verdikləri açıqlamalar sübut etdi ki, Ermənistan cəmiyyəti də siyasi rəhbərliyin avantürasından narazıdır və öz problemlərinə görə məhz Sarkisyan rejimini günahkar sayır. Ölkələrin ərazi bütövlüyünün pozulması məqsədilə hər hansı hərbi ittifaqdan istifadə etmək mümkün olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

