Üçüncü sessiya: Xəbər agentliklərinin innovasiyası
17.11.2016 [10:01]
Bakı Konqresinin ilk gününün sonuncu - üçüncü sessiyası “Xəbər agentliklərinin innovasiyası” mövzusuna həsr olunub.
Müzakirə edilən mövzunun aktuallığını bildirən sessiyanın moderatoru, Avstraliyanın AAP agentliyinin baş direktoru Brus Davidson bu barədə fikir və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək deyib: “Düşünürəm ki, innovasiyaların mükəmməlliyi çox vacibdir. Bu da iş prosesində olduqca əhəmiyyətli amildir”.
O, Bakı Konqresinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb və buna görə Azərbaycan rəhbərliyinə minnətdarlığını çatdırıb.
Almaniyanın DPA agentliyinin baş texniki direktoru Meinolf Ellers deyib ki, innovasiya prosesi hər bir xəbər agentliyi üçün önəmlidir. Çünki hazırda dünyada yeni sürətli rəqəmsal dəyişikliklər baş verir. Zaman keçdikcə bu prosesin daha da fəallaşacağını və inkişaf edəcəyini vurğulayan M.Ellers deyib: “Düşünürəm ki, biz 2040-2050-ci illərdə bu dəyişikliklərin şahidi olacağıq. Hazırda dəyişikliklər çox dinamik formada baş verir və bütün bu proseslər qabaqcıl informasiya agentliklərinin işinə müsbət təsir göstərəcək”.
Xəbər və informasiya məkanında son dövrlərdəki proseslərin yeni və qabaqcıl innovasiyaların tətbiqini zərurətə çevirdiyini deyən İspaniyanın EFE agentliyinin videojurnalisti İqnasio Martin bildirib: “Biz hər zaman olduğu kimi, bu proseslərdə başlıca olaraq yazılı və görüntülü xəbərlərin hazırlanması, toplanması və rəqəmsal formaya salınmasına daim diqqət yetirməliyik. Çünki müasir dövr və xəbər məkanındakı yeni çağırışlar bizdən bunu tələb edir”.
İnnovasiyaların tətbiqinin ənənəvi media üçün çox vacib olduğunu deyən ABŞ-ın Associated Press agentliyinin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted Antoni vurğulayıb ki, hazırkı dövrdə xəbərlərin hazırlanması yeni tətbiqləri tələb edir. O bildirib ki, indi hər bir agentlik xəbərin istehlakçıya daha tez, dolğun və mükəmməl formada çatdırılmasına xüsusi diqqət yetirir. İnnovasiyaların tətbiqi isə xəbərin istehlakçı üçün daha rahat əldə edilməsinə və əlçatan olmasına kömək edir. Bu proseslər isə həm xəbər istehsalçısının, həm də istehlakçısının işinə yarayır.
Böyük Britaniyanın Reuters agentliyinin beynəlxalq satış direktoru Anita Tobias deyib ki, texniki dəyişikliklərə baxmayaraq, xəbər agentliklərinin funksiyası yenə eyni olaraq qalır. Çünki bizim əsas işimiz və məqsədimiz məlumatları istehlakçıya çatdırmaqdır. Texnologiya sahəsində innovasiyalar həmin xəbərlərin daha dolğun formada çatdırılmasına xidmət edir.
Müasir dövrdə insanların xəbərləri daha çox video formatında almağa üstünlük verdiklərini vurğulayan Anita Tobias deyib: “Xəbər istehlakçıları öz istədikləri kontentə nail olacaqlar. Bunun üçün də biz tərəfdaşlarımızla birgə çox işləməliyik, qarşımızda duran çağırışları və çətin məsələlərin həlinə nail olmalıyıq”.
Türkiyənin Anadolu Agentliyinin idarə heyətinin sədr müavini Şaban Kızıldağ qardaş Azərbaycanı daha bir yeni uğur münasibətilə təbrik edib. O, Bakı Konqresinin əhəmiyyətinə toxunub və təmsil etdiyi agentlikdə tətbiq olunan innovasiyalı texnologiyalardan, xəbərin hazırlanmasında istifadə edilən müasir metodlardan danışıb, bu işin üstünlüklərini diqqətə çatdırıb.
“2014-cü ildən etibarən biz strateji dəyişikliklər etdik və dinamik templə inkişaf yolu keçdik”, - deyən TASS agentliyinin baş direktoru Sergey Mixaylov bildirib ki, texnoloji inkişaf və innovasiyaların tətbiqi proseslərin sürətlənməsində öz əksini tapır. O deyib ki, innovasiyaların tətbiqi ötən illərdə olduğu kimi, qarşıdakı dövrdə də TASS agentliyinin əsas inkişaf xətti olaraq qalacaq. Gələcəyin jurnalisti innovasiyaları tətbiq etmək üçün, sözsüz ki, yüksək səviyyəli və mərhələli inkişaf yolunu keçməlidir.
Təmsil etdiyi agentlikdə bir çox yeni innovasiya və texnologiyaların tətbiq olunduğunu deyən Yaponiyanın Kyodo agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Kakuya Oqata bu tətbiqlərin üstünlüklərindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Hər üç sessiyada diskussiyalar aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

