/ / Rodriqo Maya: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir
Rodriqo Maya: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir
01.11.2016 [09:54]
Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 31-də Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Rodriqo Mayanın parlament sədri kimi ölkəmizə ilk səfərinin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, parlamentarilərin qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsinə imkan yaradır.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışan Oqtay Əsədov deyib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə biznes forumların təşkili xüsusilə əhəmiyyətlidir. Sədr bildirib ki, 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 120 milyon dollar olub, 2016-cı ilin doqquz ayı ərzində isə bu rəqəm 150 milyon dollara çatıb. O.Əsədov bu artımın iki ölkənin potensialından aşağı olduğunu əlavə edib.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Braziliya hökumətinə təşəkkür edib. Braziliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən O.Əsədov bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçı siyasətini pisləyən birgə bəyanat qəbul olunmasına görə də minnətdarlığını bildirib.
Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri Rodriqo Maya ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. O, səfərin əsas məqsədinin bununla bağlı müzakirələr aparılması olduğunu diqqətə çatdırıb. Parlamentin sədri Azərbaycan ilə Braziliya arasında neft-qaz, turizm sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Turizm əlaqələrindən danışan Rodriqo Maya Braziliyada Azərbaycanın daha yaxından tanıdılmasının əhəmiyyətini vurğulayıb. Sədr ölkəsinin Azərbaycan ilə parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətləri dərinləşdirmək üçün lazımi addımlar atmaq niyyətində olduğunu deyib.
Rodriqo Maya Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarı olduğunu söyləyib.
Görüşdə Oqtay Əsədov Rodriqo Mayanın Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu deyib. Milli Məclisin sədri fəxri diplomu Rodriqo Mayaya təqdim edib.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Alkasar və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

