Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
29.10.2016 [10:55]
Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.
Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub.
Türkiyənin Naxçıvandakı Baş konsulunun birinci müavini Əhmət Özkan çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf və tərəqqisindən danışıb. Qeyd olunub ki, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar. Əhmət Özkan Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. Türk xalqı 93 il bundan əvvəl dövlət müstəqilliyini elan etmişdir”.
Ali Məclisin Sədri qardaş Türkiyənin müstəqillik bayramı, Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb.
Qeyd olunub ki, bir-birilərinin dövlət müstəqilliyini dəstəkləyən və həmrəylik göstərən ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin bölgələri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bizim aramızda iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələr davamlı xarakterə malikdir və hər il genişlənir.
Ali Məclisin Sədri əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Türkiyə və Azərbaycanın birliyi bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq və bundan sonra da qoruyacağıq”.
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24

