Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dövlətqaçqınkomda olub
26.10.2016 [10:05]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səylərə, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılıb.
Herbert Salber Azərbaycana budəfəki səfəri çərçivəsində respublikamızın qərb bölgəsində də olacağını deyib. O bildirib ki, əsas məqsədi cəbhə bölgəsinə yaxın ərazilərə səfər etmək, həmçinin qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaqdır.
Ötən bir il ərzində dünyada bir çox hadisələrin baş verdiyini deyən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevin Dağlıq Qarabağa muxtar respublika statusunun verilə biləcəyi ilə bağlı fikrini xatırladan Əli Həsənov qeyd edib ki, bu, Ermənistana edilə biləcək ən böyük güzəştdir. Ermənistan hakimiyyətinin münaqişənin həllində ən böyük maneə olduğunu vurğulayan Baş nazirin müavini deyib: “Çünki bu rejim Ermənistan-Azərbaycan münaqişəsinin üzərində hakimiyyətə gəlib. Daha doğrusu, azərbaycanlıların tökülmüş qanlarının üzərində hakimiyyətə gəlib. Son danışıqlar zamanı münaqişənin mərhələli həlli məsələsi müzakirə olunurdu. Bundan əvvəl də münaqişənin bu yolla həll olunması məsələsi təklif edilmişdi. Lakin o zaman Ermənistanda mitinqlər başladı. Prezident Levon Ter-Petrosyan istefaya göndərildi. Son danışıqlarda da münaqişənin mərhələli həlli ilə bağlı məsələlər ortaya çıxandan təxminən bir ay sonra Ermənistanda yenidən mitinqlər başladı. Hesab edirəm ki, bütün bunlar düşünülmüş məsələlərdir. Bu, onların vaxt uzatmaq üçün növbəti hiyləsidir”.
Bu ilin aprelində qoşunların təmas xəttindəki hadisələrə toxunan Əli Həsənov bildirib ki, aprel ayının əvvəllərində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatına layiqli cavab verdi. “Aprel ayının 28-də isə Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə mülki əhalini, yaşayış məntəqələrini atəşə tutdu. Lakin ermənilərin bu təxribatları xalqımızı qorxutmadı. Çünki Azərbaycan xalqı güclü ordumuza arxalanır. Aprel hadisələrində Azərbaycanda xalqın, ordunun və Prezidentin monolit birliyi nümayiş olundu”, - deyə Baş nazirin müavini vurğulayıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan bu gün inkişaf yolundadır, hüquqi dövlət qurub, bazar iqtisadiyyatı prinsiplərini tətbiq edir, demokratik prinsipləri gündən-günə inkişaf etdirir.
Herbert Salber aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması istiqamətində intensiv diplomatik danışıqlar prosesinin başlandığını deyib. O, problemin həlli istiqamətində müsbət nəticələrin əldə olunacağına ümid etdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

