/ / Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
13.10.2016 [10:09]
Oktyabrın 12-də Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkəmizdə həyata keçirilən mühüm layihələr, sosial və iqtisadi sahələrin inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib.
Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin inkişafından danışan Baş nazirin müavini dövlətimizin başçısı İlham Əliyevin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzaladığını xatırladıb. Bildirib ki, Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. İmzalanmış yeni Fərmanla Azərbaycan Respublikası BMT-nin davamlı, dayanıqlı inkişaf proqramlarına qoşulmaq sahəsində yeni bir səhifə açıb.
Azərbaycanda Minilliyin İnkişaf Məqsədləri ilə əlaqədar çox böyük işlərin görüldüyünü qeyd edən Baş nazirin müavini deyib ki, ölkəmizdə həyata keçirilən tədbirlər, müvafiq proqramın icrası nəticəsində yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə düşüb. Təbii ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması kimi mühüm layihələr həyata keçirmək lazım idi və bu da reallaşdırıldı. “İndi isə qarşımızda yeni vəzifələr qoyulub və BMT-nin bu layihəsinə qoşulmaqla Azərbaycan həmin hədəfləri də öz hədəfləri kimi müəyyənləşdirib”, - deyə Əli Əhmədov bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qurumun müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsini, ölkəmizdə sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
“Azərbaycan çox qısa zamanda böyük inkişaf yolu keçib, yoxsulluğun aradan qaldırılması və digər sahələrdə uğurlar əldə edib. Sosial, iqtisadi sahələrdə göstəricilərə baxdıqda biz bir daha bunun şahidi ola bilərik. Azərbaycan BMT sistemində çox fəal rol oynayır. Milli Əlaqələndirmə Şurasının yaradılması region üçün nadir nümunə hesab oluna bilər”, - deyə rezident əlaqələndirici qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48

