Fransalı jurnalistlər Milli Məclisdə olublar
08.10.2016 [10:11]
Oktyabrın 7-də Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan fransalı jurnalistlər Klod Leblank və Emmanuel Dupuy ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bahar Muradova qonaqları salamlayaraq, Azərbaycan-Fransa münasibətlərindən danışıb. Bildirilib ki, ölkələrimiz arasında iqtisadi, diplomatik, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanda Fransa mədəniyyətinə böyük maraq var. Dövlət və hökumət rəsmiləri, habelə vətəndaş cəmiyyətinin nümayəndələri arasında sıx əlaqələr mövcuddur. Diqqətə çatdırılıb ki, ölkəmiz açıq cəmiyyət siyasəti həyata keçirir. Biz bütün dünyaya açığıq və Avropanın da bizə qapılarını açmasında maraqlıyıq. Bahar Muradova münasibətlərin inkişafında medianın rolunu yüksək dəyərləndirib. Milli Məclisdə KİV nümayəndələri üçün yaradılmış şəraitdən danışıb, mətbuatın vəzifəsinin obyektiv, qərəzsiz, bitərəf məlumat yaymaqdan ibarət olduğunu deyib.
Sədr müavini qanunverici orqanın işindən söhbət açaraq bildirib ki, Milli Məclisdə dünyanın 81 ölkəsi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları var. O, Azərbaycan-Fransa dostluq qrupuna ölkənin birinci xanımı, parlamentin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyini söyləyib. Mehriban Əliyevanın iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsinə göstərdiyi xidmətlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mədəniyyəti, tarixi keçmişi və bu günü barədə geniş məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Sonra Bahar Muradova rəhbərlik etdiyi insan hüquqları komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, komitənin tərkibində həm iqtidar, həm müxalifət, eyni zamanda, mətbuat sahəsində fəaliyyət göstərmiş deputatlar təmsil olunurlar. Parlamentdə vətəndaşların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Sədr müavini Milli Məclisdə insan hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra vacib qanunların qəbul olunduğunu, bəzi sənədlərin isə təkmilləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklərin edildiyini söyləyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmiz problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini istəyirik. Münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların durumu barədə danışan Bahar Muradova diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən bu insanlar üçün digər ölkələrə nümunə olacaq müxtəlif proqramlar hazırlanıb həyata keçirilir. Lakin onların öz doğma yurdlarında yaşamaq hüququ təmin edilməlidir.
Fransalı jurnalistlər səmimi görüşə və geniş məlumata görə minnətdarlıqlarını ifadə edib, onları maraqlandıran bir sıra məsələlərlə bağlı suallarını Milli Məclis sədrinin müavininə ünvanlayıblar. Jurnalistlərin sualları ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

