Olmayan partiyanın imza şousu
16.08.2016 [15:17]
Dəfələrlə parçalanmaya məruz qalmış Müsavat Partiyası hansı üzvlərlə imza toplayır?
Xəbər verildiyi kimi, sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendumla bağlı ölkəmizin siyasi palitrasında yer alan bir sıra təşkilatlar, partiyalar, eləcə də QHT-lər tədbirlər keçirir, təşəbbüs qrupları yaradırlar.
Lakin ölkəmizin inkişafına, eləcə də milli maraqlarımıza düşmən kəsilən, xarici anti-azərbaycançı mərkəzlərin mənafeyinə xidmət göstərən radikal müxalifət düşərgəsi yenidən öz ampluasındadır.
Belə ki, Müsavat Partiyası qarşıdan gələn referendumla bağlı “Respublika” təşəbbüs qrupu yaratmaq və qeydiyyatdan keçirmək üçün imzatoplama kampaniyası apardığını iddia edib. Amma nəzərə alsaq ki, iki il ərzində Müsavat Partiyasında gedən parçalanmalar nəticəsində Arif Hacılının nəzarətində olan “hissə”nin üzvlərinin sayı kəskin azalıb və hətta rayon təşkilatları da birmənalı şəkildə ondan imtina ediblər,vəziyyət aydın olar. Əlbəttə ki, Arif Hacılı və onun rəhbərlik etdiyi dəstə bu “imzatoplama kampaniyası”ndan öz məqsədləri üçün istifadə etməyə niyyətləniblər.
Əslində, idarəetmənin daha da operativləşdirilməsi istiqamətində aparılan islahatların A.Hacılıya nə üçün bu qədər “pis təsir göstərməsi”nin səbəbləri bəllidir. 1992-93-cü illərdə dövlətin idarəçiliyini zorla ələ keçirən zümrənin üzvü olmuş A.Hacılı həmin dövrdə də, sonrakı illərdə də idarəetmə işində nə qədər naşı olduğunu büruzə verib. Hakimiyyət komandasında xaos yaratmaqla məşğul olan, hələ həmin dövrdə bir sıra xarici ünvanlarla “razılaşdıqlarını” iddia edən bu şəxs anarxiyanı, xaosu, ara qarışdırılmasını, qarşıdurmaları siyasi fəaliyyətin başlıca istiqaməti olaraq qəbul edir. Hakimiyyətdə olduqları dövrdə bu insanlar “idarəetmə”, “islahat” dedikdə bu tipli anlayışları qavrayırdılar. Ona görə də müasir və daha çevik idarəçilik aparatının inkişafa xidmət göstərəcəyini belələrinə anlatmaq çətindir.
Digər tərəfdən, partiya rəhbərliyini belə saxta yolla ələ keçirən, sonrakı mərhələdə təmsil etdiyi təşkilatın daxilində avtoritar idarəçilik yaradan A.Hacılı ona rəqib olan şəxsləri min bir yolla ləkələyərək və ya sıxışdıraraq “Müsavat”dan uzaqlaşdırdı. Bu da onun qeyri-sağlam idarəçilik “bacarığından” xəbər verir. Maraqlıdır ki, bir partiyanı qoruya, eləcə də idarə edə bilməyən birisi bu gün “təşəbbüs qrupu” haqqında danışır. Görəsən, həmin imzaları A.Hacılı hansı resurslarla toplayacaq? Axı onun partiyasında özündən və yaxın qohumlarından başqa bir kimsə qalmayıb. Sonuncu kütləvi istefalardan sonra Müsavat Partiyası “qohum-əqrəba” birliyindən fərqlənmir.
Deməli, A.Hacılının bu “kampaniya” vasitəsilə gündəmə gəlmək istəyinin arxasında başqa məqsədlər dayanır. Özünə radikal ayaması götürməklə etdikləri xəyanətləri pərdələməyə çalışan bu qüvvələr, konkret olaraq Arif Hacılı bu “kampaniya”ya “qol” qoymaqla pul qazanmaq istəyir. Təbii ki, Arif Hacılı rəhbərlik etdiyi “dəstə”nin gücünü bilir və mənimsədiyi “Müsavat”ın hazırda hər hansı bir ciddi kapaniyaya qoşulma iqtidarında olmadığını dərk edir. Sadəcə olaraq, radikal düşərgənin boş qalmış “meydanı”nda pul qazanmaq üçün belə bir manevr edərək xarici antimilli qrupların diqqətini cəlb etmək fikrinə düşüb. Amma onun bu cəhdinin də bumeranq effekti verəcəyi və özünü növbəti dəfə ifşa edəcəyi indidən bəllidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

