/ / Sue Li: AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk
Sue Li: AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk
27.07.2016 [09:59]
AZƏRTAC-ın Çin dili və mədəniyyətinin təbliğinə, Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk.
Bu fikir Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonu Xarici İşlər İnstitutunun baş katibi Sue Li ilə iyulun 26-da AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Görüşdə baş direktor Aslan Aslanov Azərbaycan ilə Çin arasında bütün istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əlaqələrin inkişaf etdiyini, bunun davamlı xarakter daşıdığını bildirib. Qeyd olunub ki, AZƏRTAC Çinin Sinxua Agentliyi ilə sıx tərəfdaşlıq edir, hər iki agentlik intensiv informasiya mübadiləsi aparır. Azərbaycandakı Konfutsi İnstitutu ilə birgə dörd ildir ki, AZƏRTAC-da Çin dili kursları fəaliyyət göstərir, hər il agentliyin bir neçə əməkdaşı Çinin müxtəlif şəhərlərində keçirilən görüşlərdə iştirak edir. Agentliyin Pekində müxbir məntəqəsinin, Çin dilində informasiya bölməsinin və saytının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu görüşün Sincan Xarici İşlər İnstitutu ilə münasibətlərin qurulması üçün yaxşı imkanlar açdığı vurğulanıb.
Sue Li AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət yetirməsini yüksək qiymətləndirdiklərini qeyd edib. O bildirib ki, səfərinin məqsədi Azərbaycanın iqtisadiyyatı, inkişaf meyilləri ilə yaxından tanış olmaq, Çinin qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonu ilə əlaqələri genişləndirmək üçün perspektivli sahələri müəyyən etməkdir. “Həm Konfutsi İnstitutu vasitəsilə, həm də birbaşa AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlıyıq. Urumçidə “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində keçiriləcək forumda AZƏRTAC-ın iştirakı iki qurum arasında münasibətləri daha da yaxınlaşdıracaq”, - deyə Sue Li qeyd edib.
Görüşdə Qərbi Asiyada iqtisadi məlumatların mübadiləsi üzrə komissiyanın üzvü Ma Nin, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru Luo Siaocı və institutun əməkdaşı Li Çensyu iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18

