/ / İsmayıl Alper Coşqun: Azərbaycan hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında oldu
İsmayıl Alper Coşqun: Azərbaycan hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında oldu
22.07.2016 [09:57]
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iyulun 15-də ölkəsində baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı mətbuat konfransı keçirib.
Səfir deyib ki, dövlət çevrilişinə cəhd edən terrorçular Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi. Xalq meydanlara axışaraq mövqeni nümayiş etdirdi, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları da dövlətin yanında oldu.
Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, iyulun 15-də gecə Türkiyədə demokratiya qələbə qazandı. Vətəndaşlarımız öz Konstitusiyasına sahib çıxdı.
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə xalqımıza, xüsusilə Prezident İlham Əliyevə təşəkkür edib: “15 iyul hadisələri ilə əlaqədar həmrəylik göstərdiklərinə, narahatlığımızı bölüşdüklərinə görə bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımı bildirirəm. Hər mübarizəmizdə olduğu kimi, fətullahçı terror təşkilatı ilə mübarizəmizdə də tərəddüdsüz sonadək yanımızda olacağına əmin olduğumuz ölkə ən yaxın qardaşımız, ən yaxın müttəfiqimiz Azərbaycandır”.
İsmayıl Alper Coşqun təəssüflə qeyd edib ki, bəzi ölkələrdə Türkiyədəki hadisələrlə bağlı dezinformasiya hallarına da rast gəlinib. O bildirib ki, Türkiyə 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə ayaqda möhkəm dayanıb. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Bu hadisələrdən sonra Türkiyənin zəifləyə biləcəyini fikirləşən düşmənlərimiz yanılırlar.
Səfir çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş vermədiyini vurğulayıb. O deyib ki, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. Türkiyənin terrorla mübarizədə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də Fətullahçı Terror Təşkilatı - FETÖ olduğunu bildirib: “15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.
Diqqətə çatdırılıb ki, hadisə nəticəsində 240-dan çox insan şəhid olub, 1500-dən çox yaralı var, çevrilişə cəhd edənlərdən 104 qiyamçı məhv edilib. Dövlət qurumlarından 60 minə yaxın şəxs vəzifəsindən azad edilib. Silahlı Qüvvələrdən 6823 şəxs saxlanılıb, onlardan 1400-dən çoxu həbs edilib. Bütün araşdırmalar hüquq müstəvisində aparılır.
Qeyd edilib ki, iyulun 20-də Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın məlumat verdiyi kimi, ölkədə 3 ay fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul olunub. Fövqəladə vəziyyət vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün deyil, onları qorumaq üçün elan edilib. Məqsəd Silahlı Qüvvələrdəki bütün virusları təmizləməkdir. Fövqəladə vəziyyətin tətbiqi dövlət mexanizminin nizamlanmasının sürətləndirilməsinə və konstitusion nizamın qorunmasına, eyni zamanda, terror təşkilatının ünsürlərinin hüquq çərçivəsində aradan qaldırılmasına yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

