Konstitusiyaya təklif olunan dəyişikliklər ölkəmizin inkişafına xidmət edir
21.07.2016 [09:40]
Millət vəkilləri hesab edirlər ki, bu dəyişikliklər insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə və dövlətimizin möhkəmlənməsinə töhfə verəcək
Məlum olduğu kimi, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, Azərbaycan demokratik dövlətdir və dinamik inkişaf yolundadır. O deyib ki, demokratik cəmiyyətlərdə konstitusiya islahatlarının həyata keçirilməsi qanunauyğunluqdur. M.Quliyev bildirib ki, Azərbaycan Prezidentinin konstitusiya dəyişiklikləri ilə bağlı təqdim etdiyi Referendum Aktı layihəsində nəzərdə tutulan məsələlər insan hüquq və azadlıqlarının daha təkmil formada qorunmasına xidmət edəcək. Onun sözlərinə görə, bu dəyişikliklər dövlətçilik ənənələrini daha da möhkəmləndirəcək.
“Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təkliflərin referendum vasitəsi ilə qəbul olunacağına inanıram. Ümid edirəm ki, xalqımız bu dəfə də ölkə başçısı ilə həmrəyliyini nümayiş etdirəcək və iqtidar-xalq vəhdətini ortaya qoyacaq. Çünki xalqımız hər zaman ölkə başçısının həyata keçirdiyi islahatları dəstəkləyir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından önəmlidir. Ona görə də konstitusiya islahatları zəruridir”, - deyə M.Quliyev vurğulayıb.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, atılan bu addım beynəlxalq praktikaya uyğundur. Onun fikrincə, Referendum Aktı layihəsinə qarşı çıxanların da ciddi arqumentləri yoxdur. Millət vəkili xalqın konstitusiya islahatlarını dəstəkləyəcəyinə əminliyini ifadə edib.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə bildirib ki, konstitusiyaya təklif edilən dəyişikliklər milli dövlətçiliyimizin güclənməsinə xidmət edəcək. Onun sözlərinə görə, Azərbaycan demokratik dövlətdir və atılan addım da demokratiya yolunda növbəti mərhələdir: “Hesab edirəm ki, dövlət başçısının bu qərarı demokratik dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Ümumilikdə, cənab Prezidentin konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüsü zamanın tələbidir. Dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı olaraq konstitusiya islahatları və dəyişikliklər həyata keçirilir. Bu mənada ölkəmizdə də növbəti konstitusiya islahatları zəruridir. Azərbaycanın müstəqillik illəri ərzində ölkəmizdə prezidentlik institutu özünü təsdiq edib. Bu baxımdan, əlbəttə ki, bu gün Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılması, həmçinin vitse-prezidentlik institutunun yaradılmasına zərurət yaranıb. Eləcə də, seçkilərdə namizəd kimi iştirak etmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması və digər dəyişikliklər önəmlidir”.
Millət vəkili qeyd edib ki, konstitusiya dəyişikliklərində insan haqlarının təminatı amili də öncül yerdə dayanır. M.İbrahimqızı qeyd edib ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verir: “Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış edib. Ulu öndər Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Dövlət başçısının birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Çox sevindirici haldır ki, Azərbaycan Konstitusiyasında insan haqlarının qorunması məsələsi daha da gücləndirilir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

