Konfutsi İnstitutu AZƏRTAC üçün Çin dili tərcüməçiləri hazırlayacaq
29.06.2016 [10:04]
Çin dili üzrə tərcüməçi kadrların hazırlanması istiqamətində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Konfutsi İnstitutu arasında geniş imkanlar mövcuddur. Bu sahədə ikitərəfli əlaqələrin inkişafı xalqlarımızın bir-birini daha yaxından tanımasına öz töhfəsini verəcək.
Bu fikirlər iyunun 25-də Konfutsi İnstitutunun Asiya və Afrika üzrə direktor müavini xanım Şao Subonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov qeyd edib ki, AZƏRTAC Çinin Sinxua agentliyi ilə sıx tərəfdaşlıq əlaqələri qurub, hər iki milli agentlik mütəmadi olaraq informasiya mübadiləsi aparır. Vurğulanıb ki, AZƏRTAC Konfutsi İnstitutunun Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərməyə başladığı vaxtdan bu bilik ocağı ilə sıx əməkdaşlıq edir. Bu qurumun müəllimləri agentliyin 20 əməkdaşına Çin dili kursları keçir, onları Çin mədəniyyəti ilə tanış edirlər. Hər il AZƏRTAC-ın bir neçə əməkdaşının Çində praktiki məşğələlərdə iştirak etdiyi qeyd olunub. Həmçinin diqqətə çatdırılıb ki, iki il əvvəl AZƏRTAC-da Çin dilində informasiya redaksiyası və sayt yaradılıb, agentliyin Azərbaycan haqqında informasiyaları çindilli oxuculara təqdim edilir.
Qeyd olunub ki, Konfutsi İnstitutu AZƏRTAC üçün Çin dili üzrə tərcüməçi kadrların hazırlanmasında yaxından iştirak edəcək və bu istiqamətdə agentlik institut ilə əlaqələrini genişləndirəcək.
AZƏRTAC ilə əməkdaşlığa önəm verdiklərini deyən Şao Subo məhz Çin dili mütəxəssislərinin yetişdirilməsinin ikitərəfli əməkdaşlığın əsas istiqaməti olduğunu vurğulayıb. O, Konfutsi İnstitutunun 139 ölkədə 500-dən artıq nümayəndəliyinin fəaliyyət göstərdiyini və Azərbaycandakı İnstitutun bütün bu ölkələr üçün nümunə olacağına əminliyini qeyd edib. Şao Subo bildirib ki, İnstitut AZƏRTAC üçün Çin dili üzrə tərcüməçilərin hazırlanması işinə Çinin Anhoy Universitetinin mütəxəssislərini cəlb edə bilər. Eyni zamanda, agentliyin bir neçə əməkdaşının Çində təqaüd proqramı əsasında təhsil almasının mümkünlüyü də diqqətə çatdırılıb.
Görüşdə birgə layihələrin reallaşdırılması, AZƏRTAC-ın Çin dilində saytının bu ölkənin müxtəlif şəhərlərində təqdimatının keçirilməsi, Konfutsi İnstitutunun fəaliyyətinin agentlik vasitəsilə geniş işıqlandırılması məsələləri müzakirə olunub.
Sonra çinli qonaqlar AZƏRTAC-ın kollektivi ilə görüşüb. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Anhoy Universitetinin prorektoru Yu Benli, BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli çıxış edərək bu əməkdaşlığın xalqlarımız arasında münasibətlərin dərinləşməsinə, mədəniyyətlərimizin daha yaxından tanınmasına, kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıblar.
Qonaqlar AZƏRTAC-ın Çin dili kursunu bitirən əməkdaşlarına diplomlar və sertifikatlar təqdim ediblər.
Tədbirdə, həmçinin BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaocı, İnstitutun Asiya və Afrika üzrə layihə icraçısı Li Çan, Anhoy Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Çi Dzun da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

