Azərbaycanlı deputat Avropada miqrantlara qarşı zorakılıqla mübarizəyə son qoymağa çağırıb
25.06.2016 [12:18]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında “Miqrantlara qarşı zorakılıq” adlı məruzənin müzakirəsi zamanı Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova çıxış edib. O, məruzənin miqrantların üzləşdikləri zorakılıqların bir çox formalarını və çox vaxt belə çətin problemlərin həllindən qaçan qurumlarımız tərəfindən kifayət qədər tədbirlər görülməməsini əks etdirməsinin önəmini qeyd edib. Deputat miqrantların qeyri-stabil, yerli əhalidən son dərəcə təcrid olunmuş vəziyyətinin daxili və xarici şiddət riskini artırmasının və gərginliyin pik nöqtəyə çatmasının təəssüf doğurduğunu bildirib. Məruzədə irəli sürülən tövsiyələrin yerli icmaların miqrantlar haqqında müsbət düşünməsini təşviq etdiyi və nifrət cinayətlərinə qarşı olduğu vurğulanıb. Bu məruzənin miqrantların məruz qaldığı bütün zorakılıq formalarına qarşı mübarizə aparmaq və onların əsas səbəblərini aradan qaldırılmaqda, zorakılığın qurbanlarına yardım və onları müdafiə etməkdə dövlətlər üçün səmərəli bələdçi rolu oynayacağı qeyd edilib.
Milli Məclisin deputatı əhalinin cəmiyyətlərdə gedən prosesləri, dəyişiklikləri daha yaxşı anlaması üçün maarifləndirmənin əhəmiyyətinə toxunub. O deyib: “İnsanların təhsilinə, maarifləndirilməsinə və təliminə xüsusi diqqət verilməlidir ki, ölkələrimizdə, regionlarımızda və şəhərlərimizdə gedən dəyişikliklər daha yaxşı anlaşılsın. Onların vasitəsilə insanlara gündəlik həyatda, işdə yeni vəziyyətə uyğunlaşmaları üçün yardım etmək olar. Baş verən insidentləri və gərginliyi gizlətmək olmaz”.
S.Qafarova bildirib ki, Assambleyamızda keçirilən “Nifrətə yox, qorxuya yox!” kampaniyasında olduğu kimi, zorakılıq problemlərinin içində itib-batmamış onların həlli yollarını tapmalıyıq. O, məruzənin milli instansiyalarda istifadə edilməsinin və milli səviyyədə təşviq olunmasının vacibliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

