Novruz Məmmədov: Sankt-Peterburq görüşündə münaqişənin mərhələli həllinə dair razılığa gəlindi
23.06.2016 [10:17]
“İyunun 20-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşü keçirildi. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı müzakirələr aparıldı, münaqişənin mərhələli həllinə dair razılığa gəlindi”. Bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Sankt-Peterburq görüşü olduqca konstruktiv keçdi və aparılan müzakirələr zamanı münaqişənin həlli məsələsiylə bağlı konkret təkliflər səsləndirildi: “Vyana və Sankt-Peterburq görüşləri aprel hadisələrindən sonra yaranmış yeni şərait çərçivəsində baş tutdu. Bundan öncə - aprel hadisələri zamanı işğalçı ölkənin törətdiyi təxribatlara layiqli cavab verilməsi bir daha Ermənistana açıq mesaj oldu. Baş verən hadisələr beynəlxalq birliyə, ATƏT-in Minsk qrupu ölkələrinə onu göstərdi ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Bütün hallarda hər iki görüşün də konstruktiv keçdiyini əminliklə demək olar. Görüşlərin ümumi nəticəsi çərçivəsində birmənalı şəkildə bu qənaətə gəlindi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və bu problem tezliklə həll olunmalıdır”.
N.Məmmədov bildirib ki, Sankt-Peterburq görüşü çərçivəsində təmas xəttində gərginliyin azaldılması, monitorinq qrupunun üzvlərinin artırılması, danışıqların konstruktiv şəkildə davam etdirilməsi kimi məsələlər xüsusilə diqqət mərkəzində olub. Onun sözlərinə görə, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır: “Münaqişənin mərhələli həlli məlumdur. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi nəzərdə tutulur. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi gəlir. Deyə bilərəm ki, bu istiqamətdə tərəflər prinsip etibarilə irəliyə addım atmaq barədə razılığa gəldilər. Görünən odur ki, hələlik bu məsələlərlə bağlı ümumi razılığa gəlinib. Amma bəzi hallarda bu cür situasiyalarda Ermənistan tərəfindən sonradan təxribat xarakterli addımlar atılır və ümumi razılaşmaya əməl olunmur”.
Prezident Administrasiyası rəhbərinin müavini əlavə edib ki, münaqişənin geosiyasi baxımdan çox mühüm əhəmiyyət daşıyan bir regionda həll olunması bütün tərəflər üçün faydalı olar: “Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli regional və qlobal miqyasda təhlükəsizlik üçün töhfə olar. Qeyd etdiyim kimi, Sankt-Peterburq görüşü zamanı aparılan müzakirələr, ortaya qoyulan mövqelər əsas etibarilə münaqişənin indiki vəziyyətdə hansı yollarla həll edilməsi ətrafında cərəyan etdi və Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantına üstünlük verildi. Prinsip etibarilə bütün bunlarla bağlı ümumi razılıq əldə olundu, bu, hələ ki, heç bir sənəd üzərində deyil”.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23

