/ / Birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
21.06.2016 [10:10]
İyunun 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirən birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurla keçdiyinə əmin olduğunu söyləyib. “Şadam ki, Azərbaycanda ilk dəfə keçirilən Formula-1 yarışını siz də izlədiniz”, - deyən Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin sayının artdığına görə Jan Fransua Manselə xüsusi minnətdarlığını ifadə edib. Fransadan gələn nümayəndə heyətinin tərkibində ölkəmizə ilk dəfədir ki, səfər edənlərin olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bu şəxslərin Azərbaycan reallıqları ilə yaxından tanış olub Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə səylər göstərəcəklərinə ümidvar olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti ölkələrimiz arasında bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm parlamentlər arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu əlaqələrin daha da möhkəmlənməsi üçün müxtəlif tədbirlər görüldüyünü deyib. Humanitar sahədəki əlaqələrə toxunan Mehriban Əliyeva bir ildən artıqdır ki, ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Azərbaycan-Fransız Universitetinin açılışının nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb. “Əminəm ki, humanitar sahədə birgə səylərimiz insanlarımızın bir-birini daha yaxından tanımasına imkan verəcək”, - deyən birinci xanım Mehriban Əliyeva bu səfərin xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması işinə xidmət edəcəyini bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel başçılıq etdiyi nümayəndə heyəti adından görüşə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib, nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söyləyib. Jan Fransua Mansel Formula-1 Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu qeyd edib.
Görüşdə Mehriban Əliyevaya Fransa Milli Assambleyası adından xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39

