MSK-da AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirilib
18.06.2016 [11:20]
İyunun 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak və Belçikanın senatoru, PA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteks ilə görüşüb. Bu barədə AZƏRTAC-a MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq görüşdən məmnunluğunu bildirib və MSK-nın Avropa Şurası, eləcə də onun müxtəlif qurumları ilə çoxillik səmərəli əlaqələri barədə danışıb. Sədr bildirib ki, o, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verir və seçkilərlə bağlı müxtəlif sahələrdə bu əlaqələrin davam etdirilməsi seçki praktikasının daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təşkilatlarla əlaqələrin və inkişaf etmiş dünya təcrübəsinin öyrənilməsinin xüsusi rolu var.
Səmimi görüş üçün minnətdarlıqlarını bildirən qonaqlar ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və iyunun 18-də prosesləri yaxından müşahidə edəcəkləri 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin azad və ədalətli keçirilməsi üçün atılan addımlarla maraqlanıblar.
Sədr Məzahir Pənahov nümayəndə heyətinin suallarını ətraflı cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyi, habelə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün həyata keçirilən layihələri onların diqqətinə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

