Andorrada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
16.06.2016 [09:29]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali səviyyəli toplantısı dünən işini panel iclaslarla davam etdirib.
“Gələcəyin siyasi xəritəsi” mövzusunda keçirilən panel iclasda regional təmsilçilik, müxtəlif bölgələrdəki münaqişələr, idarəçilik, qloballaşan dünyada dövlətlərin rolu, siyasətin regionallaşması və iqtisadiyyatın qloballaşması kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
İclasda Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Latviyanin sabiq Prezidenti Valdis Zatlers, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku çıxış ediblər.
Paneldə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən Novruz Məmmədov bildirib ki, Varşava Paktı və SSRİ-nin süqutundan sonra münaqişələr beynəlxalq münasibətlərdə ədalətin yoxluğu səbəbindən baş verib. Azərbaycan müstəqillik illərində sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edə bilib. Ancaq qonşu ölkə ilə problemimiz gələcək inkişafımıza mane olur. Münaqişənin həllində beynəlxalq hüquqa əməl edilmir, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir. ATƏT-in Minsk qrupunun həmsədrləri 25 ildir effektiv iş ortaya qoya bilməyib. Bütün bu proseslər geosiyasi maraqlara qurban verilir. Münaqişə davam edir, lakin əməli iş görülmür. Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın işğal edilmiş 20 faiz ərazisindən məcburi köçkün düşmüş şəxslərin hüquqlarından, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən danışılmır.
Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə təmas xəttində həyata keçirdiyi hərbi təxribatlara toxunan Novruz Məmmədov diqqətə çatdırıb ki, aprel döyüşlərində Ermənistan tərəfi fosfor bombalarından istifadə edib, diplomatik korpusun hərbi attaşeləri də bunun şahidi olub. Prezident Administrasiyasının rəsmisi ermənilərin Azərbaycana nüvə bombası ilə hədə-qorxu gəldiklərini də diqqətə çatdırıb.
Novruz Məmmədov Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyini diqqətə çatdırıb və bildirib ki, beynəlxalq ictimaiyyət bu cür məsələlərə vaxtında reaksiya göstərməlidir, lakin işğalçı Ermənistana heç bir təzyiq göstərilmir, sanksiya tətbiq edilmir.
“Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən bir ölkədir. Azərbaycanın təşəbbüsü və istəyi ilə reallaşdırılan TAP layihəsi də bunun parlaq göstəricisidir. Son 25 ildə Azərbaycanın daxili və xarici siyasəti səmimi, qarşılıqlı və faydalı əməkdaşlığa istiqamətlənib. Azərbaycan İslam və Xristian dünyalarının sərhədində, Şərq və Qərb, Şimal və Cənub arasında bir ölkədir. Ölkəmiz ABŞ və Avropa dövlətləri ilə uğurlu və hərtərəfli əməkdaşlıq qurur”, - deyə Novruz Məmmədov çıxışında bildirib.
Prezident Administrasiyasının rəsmisi çıxışının sonunda diqqətə çatdırıb ki, bu cür münaqişələrin həll yolunu tapmaq üçün nəzəriyyə və proqnozlardan konkret əməli addımlara keçmək lazımdır.
Toplantı çərçivəsində keçirilən digər bir paneldə isə tarixən demokratiyaya təhlükə törədən hökumətlər, totalitar rejimlərin xalqların həyatında buraxdığı izlər, ABŞ-dakı siyasi vəziyyət, miqrant problemi, qloballaşan dünyada iqtisadi dəyişikliklər kimi mövzularda fikir mübadiləsi aparılıb.
Paneldə Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

