Dövlət İqtisad Universitetində “Qurtuluş - 23” adlı tədbir keçirilib
11.06.2016 [09:39]
Dünən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının 23-cü ildönmünə həsr olunmuş “Qurtuluş - 23” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “SƏS” Media Qrupun 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı birgə hazırladığı film nümayiş etdirilib.
Daha sonra universitetin rektoru Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb: “Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Bu irəliləyiş əsası Ulu öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə dövlət müstəqilliyini elan etməsindən və müstəqilliyin ilk illərində ölkədə baş verən ağır ictimai, siyasi proseslərdən bəhs edib. E.İbrahimov bildirib ki, belə bir ağır, böhranlı vəziyyətdə xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac vardı: “Təbii ki, respublikada hər kəs nicat yolunu Ulu öndər Heydər Əliyevdə görürdü. İnsanlar tam şəkildə dərk edirdilər ki, ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə üzləşdiyi problemləri aradan qaldırmaq və gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, Ulu öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev dövlətçilik tariximizin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxdı: “Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli liderin şah əsəri kimi səciyyələndiririksə, deməli, tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Ulu öndər Heydər Əliyev məhz belə böyük dövlət xadimlərindən idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan azərbaycançılıq ideologiyasının banisidir. Bu gün Ulu öndərin qurduğu müstəqil Azərbaycan dövləti dünya siyasətində özünəməxsus yer tutub”.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 23 illik zaman ayırır: “İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 25 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq. Çünki keçmiş siyasətimiz tariximizdir, bugünkü siyasətimiz isə gələcəyimizdir”.
ATGTİ sədri, millət vəkili Şahin İsmayılov Ulu öndər Heydər Əliyevin dünya siyasətindəki rolundan danışıb. O, həmçinin Ümummilli lider Heydər Əliyevin gənclərə qayğısını xüsusi olaraq vurğulayıb.
Sonra Dövlət İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev, eləcə də maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov çıxış edərək qeyd ediblər ki, dahi şəxsiyyət parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirib.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildirib ki,15 İyun - Milli Qurtuluş Günü ilə bağlı belə bir tədbirin keçirilməsində məqsəd qurtuluşa gedən yol və qurtuluşdan sonra başlayan yol haqda gənc nəsli maarifləndirməkdir: “Ulu öndər Heydər Əliyev bugünkü Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında misilsiz xidmətlər göstərib. Məhz bugünkü Azərbaycan bizlərə Ulu öndərdən miras qalıb. Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində peşəkar, işinin, vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək kadrların yetişməsində böyük xidmət göstərib. Eyni zamanda, ziyalıların, yaradıcı insanların sovet repressiya maşınından qurtulmalarına yardımçı olub”.
B.Quliyev əlavə edib ki, əgər müstəqilliyimizin ilk vaxtlarında səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib: “O illərdə sosial, iqtisadi, siyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil dövlət kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur”.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxHadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23

