/ / MSK və Avropa Şurasının təşkilatçılığı ilə siyasi partiyaların maliyyə hesabatlarına dair seminar keçirilib
MSK və Avropa Şurasının təşkilatçılığı ilə siyasi partiyaların maliyyə hesabatlarına dair seminar keçirilib
08.06.2016 [10:06]
Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində “Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak ediblər.
Qeyd edilib ki, seminar siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatları ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsinə və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələrin səmərəliliyinin artırılmasına hədəflənib.
MSK sədri Məzahir Pənahov hər iki quruma əməkdaşlıq üçün minnətdarlığını bildirib. MSK sədri Azərbaycanın müstəqillik qazanması ilə siyasi partiyaların fəaliyyətə başladığını, çoxpartiyalılığın bərqərar olduğunu diqqətə çatdırıb. Hazırda ölkəmizdə 55 siyasi partiyanın dövlət qeydiyyatından keçdiyini deyən M.Pənahov siyasi partiyalarla qarşılıqlı əlaqə sahəsində MSK-nın əsas qurumlardan biri olduğunu bildirib. MSK sədri siyasi partiyaların fəaliyyətində böyük irəliləyişlərin nəzərə çarpdığını vurğulayıb. Bildirib ki, ölkələrdə hakimiyyət seçkilər yolu ilə formalaşmalıdır. Bu baxımdan siyasi partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Qərb sivilizasiyasının bir hissəsi olduğunu bəyan edib və qanunvericiliyini buna uyğunlaşdırıb.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç layihənin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirildiyini deyib. O qeyd edib ki, məqsəd partiyaların fəaliyyətində şəffaflığa nail olmaqdır. Bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmir. İnanırıq ki, bir müddət sonra bütün partiyalar tərəfindən MSK-ya maliyyə hesabatları təqdim olunacaq. MSK partiyaları maliyyə hesabatlarını vaxtında təqdim etməyə çağırıb. Bununla əlaqədar Komissiyaya əlavə işçilər cəlb olunub. Draqana Filipoviç yüksək səviyyəli və konstruktiv əməkdaşlıq üçün MSK-ya minnətdarlığını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə MSK və Avropa İttifaqının əməkdaşlığını yüksək qiymətləndirib. Bu layihənin Aİ-nin ən yaxşı təcrübələrini paylaşmağa imkan verdiyini deyib. Bildirib ki, müasir, demokratik dövlət quruculuğunda siyasi partiyaların rolu böyük əhəmiyyətə malikdir. Cinayət, korrupsiya yolu ilə qazanılmış pulların partiyaların maliyyələşməsinə daxil olmasının qarşısının alınması üçün müxtəlif yollar var. Bəzi ölkələrdə bu sahədə problemlər mövcuddur. Ümumi siyasi dəyərlərin formalaşmasında şəffaflığın böyük rolu var. Avropa Şurası və Avropa İttifaqı bu sahədə Azərbaycan ilə əməkdaşlıq edir.
Sonra seminar Mərkəzi Seçki Komissiyasının təmsilçisi və Avropa Şurasından olan beynəlxalq ekspert tərəfindən “Siyasi partiyaların maliyyə fəaliyyətinin aşkarlığının təmin edilməsində hesabatların rolu və bu məsələnin milli qanunvericilikdə həlli yolları”, “Şəffaflıq: maliyyə mənbələrinin açıqlanması, xərclər, üçüncü tərəflər”, “Qanunvericiliyin tətbiqinin monitorinqi: nəzarətdə ən yaxşı təcrübələr”, “Seçkilərdə iştirak edən siyasi partiyaların maliyyə hesabatlılığına dair tələblər” və “Sanksiyalar: növləri, prosedurlar və tətbiqi” mövzularında çıxış və təqdimatlarla davam etdirilib.
Mərkəzi Seçki Komissiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və MSK nəzdində nəzarət-təftiş xidmətinin üzvləri ilə yanaşı, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmiləri, beynəlxalq ekspertlər, dövlət qeydiyyatından keçmiş siyasi partiyaların rəhbərləri və təmsilçiləri, siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı tədbirdə siyasi partiyaların maliyyə hesabatları ilə bağlı bir çox aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

