Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olub
01.06.2016 [09:56]
Azərbaycanın Rusiyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə təntənəli qəbul təşkil edib.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını ölkəmizin ən mühüm dövlət bayramlarından biri olan Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan üçün əlamətdardır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 98-ci ildönümü qeyd olunur. Suverenlik qazanan Azərbaycan xalqı bu tarixə böyük diqqət və həssaslıqla yanaşır. AXC-nin müstəqilliyinin elan edilməsinin ölkəmizin tarixində ilk xalq hakimiyyəti təcrübəsi olduğunu bildirən səfir deyib: “Bu dövlət öz vaxtını qabaqlayan tarixi fenomen olub. Çünki müsəlman Şərqində ilk dəfə olaraq demokratik dəyərlər və prinsiplər bərqərar edilib. AXC parlamentində Azərbaycan ərazisində fəaliyyət göstərən bütün partiyaların fraksiyaları yaradılıb. Parlamentdə azərbaycanlılarla bərabər, ölkəmizin ərazisində yaşayan bütün millətlərin və xalqların nümayəndələri təmsil olunub”.
Səfir vurğulayıb ki, AXC-nin həyata keçirməyə başladığı ideyalar bu gün müstəqil Azərbaycan tərəfindən uğurla reallaşdırılır. XX əsrin sonunda daha bir tarixi şans qazanan ölkəmiz öz müstəqilliyini bərpa edə bilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı ikitirəlikdən, parçalanmaqdan xilas edib, labüd fəlakətin qarşısını alıb. Ulu öndər Heydər Əliyev zəngin siyasi təcrübəsi, möhkəm əzmi və qətiyyəti sayəsində müstəqil dövləti məhvə sürükləyən problemləri həll edib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxunun işğal edildiyi son dərəcə ağır vəziyyətdə öz ölkəsində qaçqına çevrilən bir milyondan çox məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir vaxtda Heydər Əliyev ölkədə yaranmış böhranı həll edir, Azərbaycan beynəlxalq məkanda özünə layiqli yer tutur, inamla sabit inkişaf yoluna qədəm qoyur.
P.Bülbüloğlu bildirib ki, müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətinin əhəmiyyətli amilinə çevrilməkdədir. Belə vəziyyət ilk növbədə obyektiv səbəblər - siyasi sabitlik, sabit iqtisadi yüksəliş, çoxvektorlu xarici siyasətin formalaşması ilə şərtlənir. Bu siyasətin Rusiya vektoru ən mühüm istiqamətlərdən biridir. Bakı və Moskvanın bir məsələdə yekdil olduğunu bildirən səfir deyib: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu maraqlar qarşılıqlı surətdə əlaqədardır və bir-birini tamamlayır”.
Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edən Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin bildirib ki, ölkələrimizi təməlində hüquq bərabərliyi, mehriban qonşuluq, əsrlərə söykənən dostluq ənənələri, ümumi tarix və mədəniyyət olan strateji münasibətlər bağlayır.
Q.Karasinin fikrincə, bugünkü ikitərəfli münasibətlər möhkəm təməl üzərində qurulub. Regionlar, idarələr, ilk növbədə daim əlaqə saxlayan dövlət başçılarımız Vladimir Putin və İlham Əliyev arasında qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər yaranıb, parlamentlərarası əlaqələr dinamik inkişaf edir, xarici siyasət idarələrinin başçıları müntəzəm görüşürlər.
Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, iki ölkə ictimaiyyətinin nümayəndələri, siyasətçilər, mədəniyyət xadimləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55

