/ / Bakıda keçiriləcək “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın iştirakçıları Milli Məclisdə olublar
Bakıda keçiriləcək “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın iştirakçıları Milli Məclisdə olublar
28.05.2016 [08:50]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın iştirakçıları mayın 27-də Milli Məclisdə olublar.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradova ilə keçirilən görüşdə beynəlxalq gənclər təşkilatlarının - Beynəlxalq Gənc Demokratlar Birliyinin (İYDU), Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) və Avropa Demokrat Gənclər Birliyinin (DEMYC) təmsilçiləri iştirak ediblər.
Milli Məclis sədrinin müavinin qonaqların gözəl bayram ərəfəsində Bakıya gəldiklərini vurğulayaraq, 28 May - Respublika Günü münasibətilə keçirilən bugünkü tədbirdə Prezident İlham Əliyevin ölkəmizin keçdiyi inkişaf yoluna dair müfəssəl məruzə etdiyini bildirib. Azərbaycan gəncliyinin böyük nailiyyətlərə imza atdığını deyən Bahar Muradova ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını, qadınların parlamentdə və dövlət idarəçiliyində təmsil olunduqlarını qeyd edib. Xalqımızın qədim tolerantlıq ənənələrindən, Şərqdə ilk demokratik respublika quraraq hələ ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verməsindən söz açıb.
Milli Məclisin tərkibi və strukturu ilə gəncləri tanış edən parlamentin sədr müavini dünyanın bütün ölkələri ilə qarşılıqlı dostluq və əməkdaşlığa açıq olan Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın hələ də təcavüzkar siyasətdən əl çəkmədiyini bildirib.
Bahar Muradova dünyanın müxtəlif ölkələrindən olan konfrans iştirakçılarının YAP Gənclər Birliyinin təşkilatçılığı sayəsində bir araya gəlməsini yüksək dəyərləndirib. “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın işinə uğurlar arzulayan parlamentin sədr müavini bu tədbir çərçivəsində gənclərin faydalı fikir mübadiləsi aparacaqlarına əminliyini ifadə edib.
Sonra İtaliya, İspaniya, Almaniya, Türkiyə, Rusiya, İraq və digər ölkələrdən gəlmiş gənclər təmsil etdikləri İYDU, İCAPP və DEMYC barədə Bahar Muradovaya ətraflı məlumat verib, ürək sözlərini və ictimai-siyasi məsələlərə dair baxışlarını diqqətə çatdırıblar. Əcnəbi gənclər bu səfər sayəsində Azərbaycanı və xalqımızı daha yaxşı tanımaq imkanı əldə etdiklərini söyləyib, Bakıda gördükləri tərəqqidən, qonaqpərvərlikdən məmnunluqla söz açıblar.
Sonda Milli Məclisin sədr müavini gəncləri narahat edən məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35

