Milli Məclisin nümayəndə heyəti Çexiyada səfərdə olub
28.05.2016 [08:49]
Milli Məclis sədrinin müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti mayın 23-dən 26-dək Çexiyada səfərdə olub.
Səfər çərçivəsində Valeh Ələsgərov Çexiya parlamentinin Senatının və Deputatlar Palatasının sədrləri Milan Ştex və Yan Hamaçek ilə görüşüb. Azərbaycan nümayəndə heyəti, həmçinin Çexiya parlamentində təmsil olunan əsas partiyaların rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Çexiya-Azərbaycan parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, qarşılıqlı səfərlərin bu müstəvidə oynadığı əhəmiyyətli rola diqqət çəkilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regionda cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparılıb. Çexiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsinin əhəmiyyətini qeyd ediblər.
Valeh Ələsgərov, həmçinin Çexiya xarici işlər naziri Lubomir Zaoralek və ticarət və sənaye naziri Yan Mladek ilə də görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik, bölgədə həyata keçirilən iqtisadi və enerji layihələri, ölkəmizin bu layihələrin reallaşmasındakı əhəmiyyətli rolu barədə məsələlər müzakirə mövzusu olub.
Azərbaycan nümayəndə heyəti, həmçinin 28 May - Respublika Günü münasibətilə ölkəmizin Çexiyadakı səfirliyində keçirilmiş ziyafətdə iştirak edib. Tədbirdə Çexiya tərəfindən ali qonaq qismində parlamentin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər. Milli bayramımız münasibətilə təşkil olunan tədbirdə çıxış edən V.Ələsgərov, Y.Hamaçek, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin önəmini bir daha vurğulayaraq, bu əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduqlarını qeyd ediblər.
Y.Hamaçek çıxışında ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01

