/ / Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycandakı fəaliyyəti humanistlik və xeyirxahlıq nümunəsidir
Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycandakı fəaliyyəti humanistlik və xeyirxahlıq nümunəsidir
24.05.2016 [10:10]
Mayın 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycan və Yaponiya hökumətləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu, eləcə də Yaponiyanın ölkəmizdəki və Azərbaycanın Yaponiyadakı səfirliklərinin fəaliyyətlərini qeyd edib.
Baş nazirin müavini bildirib ki, Yaponiya müstəqillik illərində Azərbaycanın müxtəlif təşkilatlarına ən çox kredit ayıran ölkədir. Yaponiya, həmçinin beynəlxalq təşkilatlar vasitəsilə, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK), ABŞ-ın qeyri-hökumət təşkilatları, Yaponiya Fondu, “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi vasitəsilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərib. “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi vasitəsilə ayrılmış vəsaitlər hesabına ölkəmizdə həm köçkünlər, həm də yerli əhali üçün 70-dən çox məktəb tikilib, həmçinin gənclərə dəstək layihəsi üçün də qrant ayrılıb.
Əli Həsənov BMT QAK-a bir çox hökumətlərin, beynəlxalq təşkilatların, özəl qurumların donorluq etdiyini deyib. Bildirib ki, bu özəl təşkilatlardan biri “Fuji Optical”dır. BMT QAK “Fuji Optical” şirkəti vasitəsilə 2005-ci ildən Azərbaycanda uğurla fəaliyyət göstərir. Həmin ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə, 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Baş nazirin müavini Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akio Kanaiyə təşəkkürünü bildirib, bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb.
Əli Həsənov Yaponiyaya etdiyi rəsmi səfəri, keçirdiyi görüşləri, eyni zamanda, Sapporo şəhərində “Fuji Optical”in müəssisində olduğunu xatırladıb və Akio Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını söyləyib. O, yapon xalqının qonaqpərvər, eyni zamanda, insanpərvər xalq olduğunu vurğulayıb.
Akio Kanainin 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görüldüyünü xatırladan Baş nazirin müavini bildirib ki, dünya şöhrətli optometrist məhz o mükafatı da Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün su artezian quyusunun qazılmasına sərf edib.
Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya Hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib.
“Fuji Optical” şirkətinin prezidenti Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan Hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib. On ildən artıqdır ölkəmizə mütəmadi olaraq səfər etdiyini söyləyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib.
Görüşdə iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson Akio Kanainin rəhbərliyi ilə xeyirxah missiyanın hər səfərinin uğurla həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, “Fuji Optical” şirkətinin Azərbaycanda fəaliyyətini gələcəkdə də uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

