/ / “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi maraqlı tədbirlərlə zəngin olub
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi maraqlı tədbirlərlə zəngin olub
06.05.2016 [10:24]
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi çərçivəsində silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları mayın 4-də Cavad xan küçəsində təşkil edilən “Qədim Gəncə” adlı sərgi ilə tanış olublar. Burada Gəncə sənətkarlarının hazırladığı əl işləri, misgərlik, zərgərlik, dulusçuluq məmulatları, həmçinin bir sıra el sənətkarlığı nümunələri nümayiş olunub. Sərgi ilə tanışlıq zamanı qonaqlara Gəncənin milli mətbəxi və şirniyyatları təqdim edilib.
Məhsəti Gəncəvi Mərkəzinin qarşısında qonaqlara Göygöl Mahnı və Rəqs Ansamblının ifasında maraqlı konsert proqramı təqdim olunub. Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarına həsr olunan səhnəciklər, incəsənət ustalarının çıxışları maraqla qarşılanıb.
Sonra qonaqlar Gəncə çayı sahilində yeni salınan park-bulvar kompleksinə gəlib. Onlar burada gənc rəssamların, heykəltəraşların əl işlərindən ibarət sərgiyə baxıblar. Bulvarda uşaqlar üçün salınan əyləncə mərkəzinin qarşısında qonaqları Azərbaycan xalq nağıllarının və cizgi filmlərinin personajları qarşılayıb.
Daha sonra Gəncəçay bulvar ərazisində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin ofisinin açılışı olub. Bildirilib ki, ictimai birlik il ərzində Gəncə şəhərində çoxsaylı tədbirlərin təşkilində yaxından iştirak edəcək, bir sıra layihələrin icrasına öz töhfəsini verəcək.
Geyimlərində Azərbaycan bayrağının rəngləri təsvir olunan “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin yüzlərlə könüllüsü bulvardakı Bayraq Meydanında avropalı qonaqları böyük coşqu ilə salamlayıblar. Hərbi orkestrin müşayiəti ilə vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Sonda Azərbaycan əsgərlərinin Bayraq Meydanına gətirdiyi uzunluğu yüz metrdən çox olan Azərbaycan bayrağı gənclərin vətənpərvərlik hislərini coşdurub, tədbir iştirakçılarına xoş təsir bağışlayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

