“Apreldə bütün siyasi təşkilatlar Prezidentin ətrafında birləşdi, AXCP xaric”
06.05.2016 [10:17]
Siyavuş Novruzov: Ordumuzun həmləsi Ermənistanda yaranan mifi darmadağın etdi
“Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən həm hərbi hissələrimizi, həm də mülki obyektləri atəşə tutur. Ordumuz isə buna layiqli cavab verir”. Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Millət vəkilinin sözlərinə görə, Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda xalq və hakimiyyət arasında tam birlik var: “Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşib. Aprel olayları zamanı AXCP-ni çıxmaq şərti ilə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, QHT-lərin hamısı Ali Baş Komandanın ətafında birləşdi və öz bəyanatlarını səsləndirdilər. Onlar bu gün də döyüşə getməyə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hazır olduqlarını bildirdilər. Azərbaycanda bu həmrəylik var. Ermənistanda keçirilən iqtidar-müxalifət görüşlərinin mahiyyəti başqadır. Ermənistan hakimiyyəti uzun müddət idi əhalini aldadırdı ki, guya Azərbaycanın güclü ordusu yoxdur, Azərbaycan ordusunun təchizatı zəifdir və s. Azərbaycanda xalqla iqtidar arasındakı birliyi tamam başqa cür qələmə verirdilər, siyasi partiyaların münasibətini də başqa cür təqdim edirdilər. Ordumuzun həmləsi Ermənistanda yaranan mifi darmadağın etdi”.
İcra katibinin müavini Türkiyə hökumətində baş verən son olaylara da münasibət bildirib. Qeyd edib ki, Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının (AKP) liderliyindən və Baş nazir postundan istefa verməsi səs-küylü hadisə deyil: “Növbəti qurultay çağırılıb və burada partiya sədrinin seçilməsi məsələsi gündəmdə durur. Davudoğlu iki ildən artıq idi bu vəzifədə çalışırdı, onun seçildiyi qurultayda mən də iştirak etmişəm. AKP ilə Yeni Azərbaycan Partiyası arasında çox geniş əlaqələr var. Partiyanın qurultayının keçirilməsi hansısa daxili zərurətdən irəli gəlir. Bu zərurət də qurultayda, yəqin ki, bilinəcək”.
S.Novruzov partiya liderinin istefasının ardında mənfi məqamların axtarılmasını lüzumsuz hesab edir: “Davudoğlu açıqlamasında əslində Ərdoğanla dost olduğunu, axıra qədər dostluğunu davam etdirəcəyini və digər məslələri qeyd edib. Söhbət Ərdoğanla olan münasibətdən getmir. Hökumətin hansısa işində, hansısa proseslərdə razı qalmadığı məsələlər ola bilər. Bununla da bağlı özü açıqlama verəcək”.
YAP İcra katibinin müavini bu hadisədən mənfi nəticə gözləməyə ehtiyac olmadığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

