/ / Türkiyə KİV-ləri Ermənistan silahlı qüvvələrinin mülki əhalini ağır artilleriyadan atəşə tutmasına geniş yer ayırıb
Türkiyə KİV-ləri Ermənistan silahlı qüvvələrinin mülki əhalini ağır artilleriyadan atəşə tutmasına geniş yer ayırıb
04.05.2016 [10:12]
Türkiyənin Anadolu Agentliyi, “TRT Haber” və “TRT Avaz” telekanalları Ermənistan silahlı qüvvələrinin şiddətli artilleriya atəşləri nəticəsində təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı cəbhəboyu zonadan reportajlar yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyində yer alan reportajların birində erməni hərbi birləşmələrinin ağır artilleriya atəşləri nəticəsində iki mülki şəxsin həlak olduğu, səkkiz nəfərin isə yaralandığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Ağdam və Tərtər rayonlarında 200-dən çox evə ciddi ziyan dəyib. Təkcə Ağdam rayonunun Mahrızlı kəndində son üç gündə 26 evə ziyan dəyib, dörd ev tamamilə dağılıb. Xüsusi vurğulanıb ki, ermənilərin qadağan olunmuş silahlardan da istifadə edərək mülki əhalini hədəfə almasına baxmayaraq, yerli əhali torpaqlarını tərk etmir.
Agentlikdə yayımlanan digər reportajda isə diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin aprelin 2-dən başlayaraq, ağır artilleriya atəşləri nəticəsində ümumilikdə 34 məntəqəyə 97 mərmi düşüb. Tərtərdə 3, Ağdamda 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Ümumilikdə 457 bina zərər çəkib, 29 ev tamamilə yararsız hala düşüb. Atəş nəticəsində 309 heyvan tələf olub. Erməni hərbi birləşmələrinin atəş açdığı obyektlər arasında məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları da var.
Xəbərdə, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun Ermənistanın mülki şəxsləri hədəfə almasına lazımi etiraz bildirməməsi və mövcud vəziyyətin saxlanmasına çalışdıqları ilə bağlı fikirləri də diqqətə çatdırılıb.
Anadolu Agentliyinin daha bir xəbərində isə Türkiyə Prezidentinin müşaviri Yalçın Topçunun cəbhəboyu zonaya səfər edərək vəziyyətlə yerində tanış olduğu qeyd edilib. Xəbərdə Y.Topçunun “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın deyil, bütün türk və İslam dünyasının problemidir” sözləri xüsusi vurğulanıb.
Agentliyin xəbərlərində AZƏRTAC-ın da informasiyalarından istifadə olunub.
Türkiyənin “TRT Haber” və “TRT Avaz” telekanallarında yayımlanan reportajlarda da atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada azərbaycanlı mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan şiddətli atəşə tutduqları əksini tapıb. Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhəboyu zonada yerləşən Tərtər, Bərdə, Ağdam rayonlarına səfər edərək erməni hərbi birləşmələrinin atəşləri nəticəsində yaralanan mülki şəxslərlə görüşdükləri, əhaliyə dəymiş ziyanla maraqlandıqları xüsusilə vurğulanıb. Bildirilib ki, Tərtərdə hərbi hissələrdən biri ilə tanış olan Ali Baş Komandan təmas xəttindəki mövcud vəziyyətlə maraqlanıb, son hərbi əməliyyatlarda fərqlənən hərbi qulluqçuları təltif edib.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

