Azərbaycanın gördüyü işlər BMT və onun qurumları tərəfindən yüksək qiymətləndirilir
26.04.2016 [09:19]
Bundan əvvəl iki dəfə Azərbaycanda olmuşam. Hər iki səfərim Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı olub. Bu səfərlər, forumlar, eləcə də hazırkı tədbir Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoqa, tolerantlığa, multikultural dəyərlərə necə həssas yanaşdığını, təşviq etdiyini göstərir. Bütün bunlar mühüm amillərdir. Məhz görülən bu işlərin məntiqi davamıdır ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycanın bu istiqamətdə gördüyü işlər BMT və onun qurumları tərəfindən yüksək qiymətləndirilir.
Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir mətbuat konfransında AZƏRTAC-ın müxbirinin “Dünya Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfəni necə qiymətləndirir” sualını cavablandırarkən söyləyib.
Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu gündən (dünən - red.) öz işinə başlayan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu və biznes simpozium keçirilib. Altı min nəfər dünya gəncindən seçilmiş 150 nəfər bu tədbirdə gənclərin inklüziv cəmiyyət quruculuğunda rolunu və iştirakını müzakirə ediblər. Gənclər tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib.
Nazir qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında qəbul edilib. Bu qərarın qəbul edilməsi Prezident İlham Əliyevin nəinki həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə mədəniyyətlərarası, dinlərarası münasibətlərə verdiyi töhfələri, həmçinin dövlətimizin başçısının liderliyi ilə xalqımızın çoxəsrlik multikultural və tolerant mədəniyyətinin artıq dünyada bir nümunə, bir model kimi qəbul edilməsi ilə bilavasitə bağlıdır.
Nazir Forumun məqsəd və vəzifələrindən, üç gün ərzində keçiriləcək tədbirlərin, görüşlərin əhəmiyyətindən söz açıb.
Əbülfəs Qarayev vurğulayıb ki, Forumdan sonra “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycana nə verdi?” mövzusunda KİV nümayəndələri arasında beynəlxalq müsabiqə elan ediləcək.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, Forumun mövzusu olduqca əhəmiyyətlidir. Bu beynəlxalq tədbir müxtəlif fikirlərin və ideyaların öyrənilməsi və reallaşdırılması baxımından yaxşı platformadır. Bu Forum qarşılıqlı təcrübələrin öyrənilməsinə də öz töhfəsini verəcək.
Ali nümayəndə deyib ki, radikal ekstremizmə qarşı mübarizə səbir və uzun zaman tələb edir. Son 10 ildə BMT tərəfindən zorakı ekstremizmə qarşı mübarizə istiqamətində mühüm işlər görülüb. İnanıram ki, burada səslənən fikirlər qarşıya qoyulan məqsədə birgə çatmağımıza təkan verəcək.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51

