/ / Hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür
Hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür
19.04.2016 [09:50]
Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasına görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.
AZƏRTAC xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bununla bağlı bir daha bəyanat yayıb.
Bəyanatda bildirilib ki, hadisənin xronologiyası da qeyd olunanları sübut edir. Belə ki, 2016-cı il 16 aprel tarixdə saat 09.15-də Ermənistana məxsus http://news.am/rus/news/322696.html saytında Azərbaycanın bir hərbçisinin meyitinin tapılması barədə məlumat yayılıb. Məlumat yayıldıqdan dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqə yaradılıb və dəqiqləşdirilməsi barədə məsələ qaldırılıb. Həmin gün saat 10.00-11.00 radələrində BQXK tərəfindən Komissiyaya verilmiş məlumata əsasən, bu qurum məsələni araşdırıb və Azərbaycan hərbçisinin meyitinin erməni tərəfinin əlində olduğunu təsdiq edib.
Aparılmış danışıqlara uyğun olaraq, Azərbaycan hərbçilərinin nəzarəti altında olan ərazidə tapılmış Ermənistanın bir hərbçisinin və ermənilər tərəfindən tapılmış bir hərbçimizin meyitlərinin 2016-cı il 17 aprel tarixdə saat 10.30-da qoşunların təmas xəttində repatriasiyası barədə razılıq əldə edilib.
Lakin aprelin 16-da saat 22.30 radələrində Ermənistan tərəfi beynəlxalq təşkilatlara onlarda Azərbaycan hərbçisinin meyitinin olmadığını, guya səhv etdiklərini bildirib. Aid olduqları dini mənsubiyyətlərinə görə azərbaycanlının və erməninin meyitinin fərqləndirilməsi üçün saniyələrin tələb olunduğunu nəzərə alsaq, erməni tərəfinə bu iş üçün 12 saat vaxtın tələb edilməsi başa düşülmür. Bu hal Ermənistan tərəfinin yeni çirkin oyun planlaşdırmasının göstəricisi olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarının pozulmasının bariz nümunəsidir.
Dövlət Komissiyası erməni tərəfinin çirkin təxribatlarına şəraitin yaradılmaması üçün aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, itkin düşmüş insanların sonrakı taleyinin aydınlaşdırılması kimi humanitar problemin həllində prinsipiallıq nümayiş etdirməyə çağırıb.
Komissiya bildirir ki, məsələ bu qurumun gündəlik diqqət mərkəzindədir. Hazırda aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə axtarış tədbirləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08

