/ / Soyqırımı haqqında bütün tarixi həqiqətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır
Soyqırımı haqqında bütün tarixi həqiqətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır
09.04.2016 [10:33]
“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusuna həsr olunan III Beynəlxalq elmi konfransda birgə fəaliyyətin vacibliyi vurğulanıb
Aprelin 8-də Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, AMEA-nın Tarix İnstitutunun, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları mövzu ilə bağlı təşkil olunan sərgiyə baxış keçiriblər.
On ölkədən alimlərin qatıldığı beynəlxalq tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımının dərindən və hərtərəfli öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğu vurğulanır (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur).
Konfransda çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalıb. Uzun illər gizlədilən, arxivlərdə məhv edilən soyqırımı faktları, tariximizin qaranlıq səhifələri daha ətraflı araşdırılmalı, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu baxımdan beynəlxalq elmi konfransın əhəmiyyətini vurğulayan Əli Həsənov qeyd edib ki, tədbir həm elmi, həm də siyasi baxımdan önəm daşıyır. Soyqırımına həsr edilən beynəlxalq elmi konfranslar gələcəkdə bu dəhşətli faciəni yaşayan digər bölgələrdə də keçirilməli, tarixi həqiqətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, XX əsrdə Azərbaycan xalqına və ümumən türklərə qarşı Şərqi Anadolu, Qafqaz və Orta Asiyada dəfələrlə ağır, dəhşətli soyqırımı və deportasiya siyasəti həyata keçirilib. Hazırda Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənməkdən, saxta erməni təbliğatının qarşısının alınmasından və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, 1914-1918-ci illərdə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı törətdiyi qırğınlar dünya tarixində ən dəhşətli soyqırımlarıdır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanını xatırladan Y.Mahmudov vurğulayıb ki, bu sənəd tariximizin qaranlıq səhifələrinə işıq salan ilk rəsmi hüquqi sənəd kimi böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Azərbaycanda baş verən soyqırımlarına dair araşdırmalara daim dəstək olur. Bu da tarixi obyektiv tədqiq etməyə imkan yaradır.
Plenar iclasda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Türkiyədən professor Selma Yel, Almaniyadan professor Johannes Rau, Rusiyadan İqor Turitsin, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, daşnaklar “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti yeridiblər. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci xüsusi amansızlıqla qətlə yetiriblər. Dünya tarixində 1914-1918-ci illərdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyəti alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktlarına təsadüf olunmur.
Sonra konfrans işini “Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımları”, “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1918-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı üç bölmədə davam etdirib.
Bölmə iclaslarında Azərbaycan tarixçiləri ilə yanaşı, Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər məruzələrlə çıxış ediblər. Mütəxəssislər erməni vəhşiliklərinin daha dəqiq və dolğun araşdırılması üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Konfransda bu məqsədlə AMEA-nın Tarix İnstitutu ilə Rusiyanın bir sıra müvafiq elmi müəssisələri arasında birgə araşdırmaların aparılmasına dair müqavilələr imzalanıb.
Beynəlxalq elmi konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir iştirakçılarına Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabı paylanılıb.
Konfrans işini aprelin 9-da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

