“Justice for Khojaly!” (“Xocalıya ədalət!”) beynəlxalq kampaniyası uğurla davam etdirilir
19.02.2016 [09:44]
Kampaniya çərçivəsində “Facebook” sosial şəbəkəsində yaradılmış səhifədə də faciə ilə bağlı xəbərlər, şərhlər, foto və videomateriallar yerləşdirilib
Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımından 24 il ötür. Məlum olduğu kimi, hər il faciənin növbəti ildönümü ərəfəsində Azərbaycanın bütün regionlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu faciə zamanı həyatını itirmiş insanların xatirəsi yad edilir. Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanınması istiqamətində mühüm addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın 10-a yaxın dövləti, eləcə də ABŞ-ın 20 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımı pisləyən qətnamə qəbul ediblər.
Bu istiqamətdə Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun xidmətləri xüsusilə qeyd edilməlidir. Məhz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hər il bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Eləcə də Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası başlayıb. Kampaniya çərçivəsində həm ölkə daxilində, həm də xaricdə mühüm tədbirlər həyata keçirilib və keçirilir. “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyır. Qeyd edək ki, “Justice for Khojaly!” (“Xocalıya ədalət”) kampaniyasının səyi ilə Xocalı soyqırımının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib, həmçinin Xocalı soyqırımının adı Srebrenitsa, Xolokost və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib. Hər il fevral ayının 26-da isə dünyanın aparıcı dövlətlərinin paytaxtlarının mərkəzi meydanlarında Xocalı soyqırımında həlak olan günahsız insanların xatirələri anılır, fləş-moblar keçirilir, bu soyqırımının tanıdılması yönündə işlər aparılır.
Onu da qeyd edək ki, “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyasının təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəal iş aparılır. Belə ki, “Facebook”, “Twitter”, “İnstagram” və “YouTube” sosial şəbəkələrində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm addımlar atılır.
Məsələn “httrs://www.facebook.com/ JFKCamraign” səhifəsində Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verilir. Eləcə də səhifədə Xocalı soyqırımını tanıyan, bu soyqırımını pisləyən qətnamə qəbul edən ölkələrlə bağlı xəbərlər və şərhlər yer alır. Ən əsası bu səhifədə Azərbaycanın, Dağlıq Qarabağın tarixi ilə bağlı məlumatlar öz əksini tapır. Dağlıq Qarabağın və işğal altında olan rayonların tarixi Azərbaycan torpaqları olması, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin tarixi kimi məlumatlarla da məhz bu səhifə vasitəsilə tanış olmaq mümkündür. Bununla yanaşı, “httrs://www.facebook.com/JFKCamraign” səhifəsində qədim alban kilsələrinin, Azərbaycanın tarixi mədəniyyət abidələrinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılaraq öz adlarına çıxmaları ilə bağlı məlumatlar da yer alır. Bundan başqa, səhifədə “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası çərçivəsində görülən işlərlə bağlı xəbərlər də öz əksini tapır.
Sosial şəbəkə istifadəçiləri bu səhifə vasitəsilə ermənilərin işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış soydaşlarımızın yaşadıqları dəhşətləri, o cümlədən, Xocalı soyqırımını əks etdirən foto və videomateriallarla tanış ola bilərlər. Xocalı həqiqətlərindən bəhs edən videomateriallarla tanış olan ziyarətçilər bununla ermənilərin XX əsrin ən böyükmiqyaslı soyqırımını necə törətdiklərinin canlı şahidinə çevrilirlər. Qeyd edək ki, bu videomateriallar “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası çərçivəsində çəkilib və bir sıra xarici dillərə tərcümə olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

