Azərbaycanda dövlət siyasətinin əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsidir
09.02.2016 [09:45]
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Daşkəsəndə rayon ictimaiyyəti ilə görüşüb
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov fevralın 8-də Daşkəsən şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, iş adamları və sahibkarların iştirak etdiyi görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Görüşlərin keçirilməsində məqsəd mövcud problemlərlə yerində tanış olmaq və onların həlli yollarını müzakirə etməkdir.
Daşkəsəndə görülən işlər və nəzərdə tutulan layihələr barədə danışan Ə.Abıyev məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Azərbaycanın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılıb, ucqar dağ kəndlərinə yollar çəkilib, körpülər inşa olunub, su, elektrik təchizatı yaxşılaşdırılıb. Rayonun siması tamamilə dəyişib, əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, 2015-ci il dekabrın 24-də Qabaqtəpə ərazisində 8247 nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu və iki körpü sakinlərin istifadəsinə verilib. Hazırda Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Həmin layihənin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin sakinləri fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqlar.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, rayonda təbii fəlakətdən zərər çəkmiş çoxmərtəbəli inzibati və yaşayış binalarının dam örtükləri yenilənib. Hazırda isə Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının, Daşkəsən rayon kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi davam etdirilir.
Bildirilib ki, rayon təbii sərvətlərlə, xüsusən faydalı qazıntı yataqları ilə olduqca zəngindir. Keçmiş Sovet İttifaqı dövründə “Azərbaycanın Uralı” adlandırılan Daşkəsən ərazisində dəmir filizi, alunit, qızıl, kobalt, əhəng daşı, qranit, mərmər və digər yataqlar var. Eləcə də rayon zəngin fauna və floraya malikdir. Bu gün qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət siyasətinə uyğun olaraq, rayonun təbii sərvətlərindən səmərəli istifadə edilməsi, iş adamlarının bu sahəyə cəlb olunması Daşkəsəndə turizmin və dağ-mədən sənayesinin inkişafında mühüm rol oynaya bilər.
Daha sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsi olan səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır.
Respublikada bugünkü iqtisadi vəziyyətə toxunan nazir qeyd edib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin yaratdığı maliyyə çətinlikləri digər ölkələrdə olduğu kimi, Azərbaycandan da yan keçməyib. Bu təsirin minimuma endirilməsi üçün lazımi tədbirlər görülür. Qeyd olunub ki, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılması, pensiya və müavinətlərin, maaşların artırılması dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Atılan addımlar sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində məhz Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. İqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.
1990-cı illərdəki Azərbaycanla müasir Azərbaycanı müqayisə edən Hüseynqulu Bağırov deyib ki, bu gün ölkəmiz dünyada böyük nüfuz qazanıb. Aparılan düşünülmüş və məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada sözü keçən, Cənubi Qafqaz iqtisadiyyatının formalaşmasında müstəsna əhəmiyyətə malik ölkəyə, regionun liderinə çevrilib.
Ekologiya və təbii sərvətlər naziri görüşdə yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac növlərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.
Görüşdə mövcud problemlərdən də söhbət açılıb. Qeyd edilib ki, rayonun sərhəd bölgəsində yerləşən kəndlərin sakinləri evlərin qızdırılmasında yanacaq kimi əsasən odundan istifadə edir. Bu da iqtisadi baxımdan səmərəsiz olmaqla yanaşı, meşələrin qırılmasına və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Odur ki, həmin kəndlərə qaz xətti çəkilərsə, bu sahədəki problem öz həllini tapar.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan Prezidentinin antiböhran tədbirləri ilə bağlı imzaladığı sərəncamların qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Bildirib ki, sahibkarlar onlar üçün yaradılmış əlverişli şəraitdən maksimum bəhrələnməyə çalışmalıdırlar.
İctimaiyyət nümayəndələri və iş adamları regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, təklif və mülahizələrini səsləndiriblər.
Görüş qaldırılan məsələlər ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51

