İsmayıl Ömərov yenidən baş direktor oldu
17.04.2009 [17:59]
İctimai Televiziyanın Yayım Şurasının baş direktorunun 4 illik ilk fəaliyyət dövrü başa çatıb. Dünən Milli Teleradio Şurasında MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin də qatıldığı iclasda növbəti mərhələ üçün İTV baş direktorunun seçilməsi məsələsi müzakirə edilib və üç namizəddən biri - İsmayıl ömərov qalib gəlib. Digər iki namizəddən biri - ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov namizədliyini geri götürdüyündən şura üzvləri üç deyil, cəmi iki namizəd arasında seçim etməli olub. İTV-də fəaliyyət göstərən “Carçı” telefilminin direktoru Azad Məmmədovla İ.ömərovun namizədlikləri səsə qoyulub və gizli səsvermə nəticəsində İsmayıl ömərov Şura üzvlərinin hamısının səsini qazanıb.
Tədbirdə qeyd edilib ki, İTV İsmayıl ömərovun rəhbərliyi altında fəaliyyət göstərdiyi ilk mərhələdə ictimailiyi təmin edə bilib. Azərbaycançılıq və dövlətçilik, peşəkarlıq, quruculuq paralel aparılıb və qurum üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilib. Kampaniyanın “açıq qapı” prinsipi ilə idarə olunması onun ictimai çəkisini artırıb. Məhz bu amili nəzərə alıb hər kəs seçimində məhz İsmayıl ömərova üstünlük verib. İctimai Teleradio Yayım Şurasının sədri Cahangir Məmmədli vurğulayıb ki, qurumu inkişafının bu mərhələsində naşı əlinə vermək olmaz. Burada aparılan quruculuq işlərinə də toxunan C.Məmmədli İTV-nin yeni binasından da danışıb.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, müşahidə etdiyi seçki prosesi şəffaf və demokratik, seçim isə doğru olub: “İsmayıl ömərovun fəaliyyətinin nəticəsidir ki, İTV üzümüzü ağardır”.
İsmayıl ömərov isə deyib ki, ilk namizədliyində səslər onun özünə verilmişdisə, ikinci dəfə İTV-yə verilib. İTV sədri əminliklə qeyd edib ki, bu komanda ilə o, ölkənin birinci korporasiyasını yaradacaq.
Qeyd edək ki, İTV-nin baş direktorunu seçmək üçün İTV Yayım Şurasının elan etdiyi müsabiqə martın 31-dən aprelin 7-dək aparılıb.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

