/ / Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Yaxın Şərq mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Yaxın Şərq mediasının diqqət mərkəzindədir
04.02.2016 [10:15]
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Yaxın Şərq regionunda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Ərəbdilli əksər media orqanları, həmçinin Yaxın Şərq üzrə çalışan nüfuzlu Qərb telekanalları Azərbaycan Prezidentinin səfərini yaxından izləyiblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin səfərinin təfərrüatlarını əks etdirən yazılar mərkəzi qərargahı Əmirliklərdə yerləşən və ərəb dünyasının yüksək tirajlı mətbu orqanları sayılan “Emirates News”, “Dubainform”, “The National”, “Al Khalij”, “Gulf News” kimi qəzetlərdə və VAM dövlət xəbər agentliyində dərc edilib.
Yazılarda Azərbaycan ilə çoxtərəfli münasibətlərin gələcək inkişafının körfəz bölgəsi üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Eyni zamanda, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı ictimaiyyətin diqqətinə çatdırılıb.
Yerli media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktum ilə görüşlərində müzakirə olunan məsələlər, o cümlədən siyasi-iqtisadi, enerji sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və turizm sektorunda tərəfdaşlığın perspektivlərinə diqqət çəkiblər. Xəbər agentliklərinin informasiyalarında isə paytaxt Abu Dabidə və Dubay Əmirliyində yerli hökumət rəsmiləri ilə görüşlərdən, eyni zamanda, Prezident İlham Əliyevin Şeyz Zayed məscid kompleksini ziyarətindən və məşhur “Bürc-Xəlifə” binası ilə tanışlığından önəmli məqamlara və fotoşəkillərə yer ayırıblar.
Gələn il IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək Azərbaycan müsəlman ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan İslam coğrafiyası üçün Avropa, Orta Asiya, Yaxın Şərq arasında strateji körpü və dinamik inkişaf edən tərəfdaş rolunu oynayır. Bu baxımdan Azərbaycan Prezidentinin regiona səfəri çoxtərəfli əlaqələrimizin gələcək inkişafının başlıca təminatı olacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

