“Bəzi ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, qeydiyyatı ləğv olunur”
04.02.2016 [10:12]
“Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyalar fəaliyyət göstərmirsə, qeydiyyatı, rekvizitləri ləğv olunmalıdır. Bu, dünyanın bir çox ölkələrində var. Bəzi ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, qeydiyyatı ləğv olunur”. Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O xatırladıb ki, Azərbaycanda hər bir siyasi partiya gəlirləri ilə bağlı illik maliyyə hesabatı verməlidir: “Bu, “Siyasi partiyalar haqqında” qanunda da nəzərdə tutulub. İllik maliyyə hesabatının açıqlanması şəffaflığın təmin olunması üçündür. Yeni Azərbaycan Partiyası bu tələb qanunvericiliklə tənzimlənməmişdən əvvəl də maliyyə hesabatını ictimaiyyətə açıqlayırdı. Digər partiyalar da şəffaflığın tərəfdarıdırlarsa, hesabat verməlidirlər, maliyyə mənbələrini açıqlamalıdırlar.
Təəssüflər olsun ki, bəzi siyasi partiyalar maliyyə hesabatlarında heç bir rəqəm göstərmir, ağ kağız təqdim edirlər. Yəni guya bunların heç bir maliyyə mənbələri yoxdur. Amma hər kəs bilir ki, həmin partiyaların qərargahlarında xeyli insan çalışır, əməkhaqqı alırlar. Partiya sədrlərinin əksəriyyəti bahalı maşınlarda gəzir, cangüdənlərdən istifadə edirlər. Təbii ki, bu insanlar hava ilə yaşamır, yəqin ki, bəlli bir gəlir yerləri var. Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə fəaliyyətinə Maliyyə Nazirliyi nəzarət edir, yəni nazirliyin araşdırmaq imkanı var. Büdcədən maliyyələşməyən partiyalar hesabat təqdim etmirsə, qanunun tələbini pozursa, bu, hüquqi cəhətdən “Siyasi partiyalar haqqında” qanunda əsaslandırılmalıdır”.
S.Novruzov hesabat təqdim etməyən siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə də toxunub: “Elə partiyalar var ki, 1992-93-cü ildə qeydiyyatdan keçib. Həmin partiyalar qarşılarına hüquq və vəzifələr qoysa da, icra etmir. Yəni fəaliyyətsizdirlər. Fəaliyyət göstərməyən partiyaları imkanlı şəxslər alır, “sandığa qoyub” saxlayır. Bu da qeyri-qanunidir. Qeyd etdiyim məsələlər qanunvericiliklə tənzimlənməlidir”.
S.Novruzov qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanunda hüquqi varislik məsələsi də əksini tapmalıdır: “Son günlər bir sıra siyasi partiyalarda çox ciddi qarşıdurmalar baş verir. Məsələn, partiyalardan birində sədr qurultay keçirir, strukturu yenidən formalaşdırır. Həmin partiyanın daxilində başqa birisi də konfrans keçirərək özünü sədr elan edir. Hər iki tərəf iddia edir ki, partiya üzvlərinin dəstəyini qazanıb. Beləcə, qarşıdurma yaranır. Burada hüquqi varisliyin hansı formada keçiriləcəyi aydınlaşdırılmalıdır. Təbii ki, tərəflər məhkəməyə müraciət edir. Məhkəmə də araşdırma aparmalıdır və “Siyasi partiyalar haqqında” qanuna istinad etməlidir. Ona görə də bu məsələ “Siyasi partiyalar haqqında” qanunda əksini tapmalıdır ki, məhkəmə istinad edə bilsin”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22

