/ / Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət beynəlxalq hüquq normalarına və suverenlik prinsipinə ziddir
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət beynəlxalq hüquq normalarına və suverenlik prinsipinə ziddir
08.01.2016 [10:15]
Hikmət Hacıyev: İşğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək
Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Məhz bunun göstəricisidir ki, nəhəng aktorlar özlərinin strateji konsepsiyalarında belə bir müddəanı xüsusi olaraq önə çəkirlər ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir...
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, dünyanı idarə edən güclər özlərinin transmilli maraqlarını əsas tutaraq əksər hallarda ikili standartlardan çıxış etməklə münaqişənin həlli prosesini ləngitmiş olurlar. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Əvvəla, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, “çirkli pullar”ın mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur. Bir sözlə, Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti bu qəbildən olan neqativ prosesləri sürətləndirməkdədir.
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir: “... Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və işğal edilmiş digər ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən, kommersiya əlaqələri quran şəxslər və yaxud şirkətlər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, müvafiq qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq inzibati, hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər”.
Şübhəsiz, beynəlxalq hüququn suveren subyektləri bu məqamları nəzərə alaraq işğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin və milli dövlətlərin ərazi bütövlüyünə, suverenlik prinsipinə zidd digər halların baş verməsinə qarşı konkret mövqedən çıxış etməlidirlər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məqama da toxunaraq bildirib ki, beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər: “İşğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47

