Tran Dinh Nha: Vyetnam xalqı Heydər Əliyevi özü üçün böyük dost hesab edir
15.12.2015 [10:27]
Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Hanoyda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, hər iki ölkə bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi konserti keçirilib.
Vyetnam parlamentinin, Kommunist Partiyasının, dövlət və hökumət qurumları rəsmilərinin, diplomatların, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Anar İmanov müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli liderin ölkəmizin inkişafında və müstəqilliyinin möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışıb. O, həm keçmiş Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin bütün sahələr üzrə daim yüksək nailiyyətlər əldə etdiyini bildirib.
Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın qurulmasındakı rolundan bəhs edən səfir A.İmanov bu xüsusda Ulu öndərin 1983-cü ildə Vyetnama səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Diplomat əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan tarixində XX əsrin son 30 ilinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ulu öndərin siyasi və ictimai fəaliyyətini hər zaman Azərbaycan xalqının və dövlətinin inkişafına həsr etdiyini diqqətə çatdıran M.Qurbanlı Ümummilli liderin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrildiyini deyib.
Vyetnam Parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha Heydər Əliyevin dahi şəxsiyyət, tanınmış siyasətçi və müdrik dövlət başçısı kimi özündən sonra böyük irs buraxdığını vurğulayıb. O, Vyetnam xalqının Heydər Əliyevi hər zaman özü üçün böyük dost hesab etdiyini və Onun xatirəsini dərin hörmətlə yad etdiyini diqqətə çatdırıb.
Tədbir Vyetnam Dövlət Opera və Balet Orkestrinin üzvlərinin ifasında Azərbaycan və Vyetnam bəstəkarlarının musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Konsertin tamaşaçıları, həmçinin Ulu öndərin həyat və fəaliyyətini, eləcə də 1983-cü ildə Vyetnama səfərini əks etdirən fotosərgi ilə tanış olublar.
YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi ilə Vyetnamda səfərdə olan Azərbaycan nümayəndə heyəti Ulu öndərin Azərbaycan səfirliyindəki büstünü ziyarət edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27

