Milli Məclisin nümayəndə heyəti TürkPA-nın 6-cı plenar iclasında iştirak edib
05.12.2015 [11:14]
Qazaxıstanın Astana şəhərində TürkPA-nın 6-cı plenar iclası keçirilib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iclasda iştirak edib.
Milli Məclisin sədri Oqtay Əsədov, Qazaxıstan Parlament Məclisinin və TürkPA-nın fəaliyyətdə olan sədri Həbibulla Jakupov, Qırğızıstan Joqorku Keneşinin sədri Asılbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman iclasda çıxış ediblər.
TürkPA-nın fəaliyyətinin diqqət mərkəzində olduğu iclasda parlament sədrləri Assambleyanın gələcək institusional inkişafı baxımından səmərəliliyinin artırılması məsələsinə dair fikir mübadiləsi aparıblar.
İclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ətraf mühit və təbii ehtiyatlar komissiyasının hesabat məruzəsi ilə çıxış edib. Türkiyədə keçirilən prezident seçkilərinə dair hesabatı deputat Sədaqət Vəliyeva, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatı Çingiz Qənizadə, Qırğızıstanda keçirilən parlament seçkiləri üzrə hesabatı Sevinc Hüseynova, Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı hesabatı isə Qazaxıstan parlamentinin üzvü Serikjan Kanayev təqdim ediblər.
TürkPA-nın sədri Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyənin aparıcı ali məktəbləri arasında əməkdaşlığı inkişaf etdirməyi, “EXPO-2017” sərgisi çərçivəsində “Türk mədəniyyəti” festivalını keçirməyi, ticari-iqtisadi sahədə əməkdaşlığın və prioritet istiqamətlərin möhkəmləndirilməsi üçün birgə investisiya fondunun yaradılmasını, Xəzərin tranzit potensialını artırmağı, yeni infrastruktur layihələri, logistika mərkəzlərini inkişaf etdirməyi təklif edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov plenar iclasda çıxış edərək gələn il türkdilli ölkələrdə Yusuf Balasaqunlunun 1000 illik yubileyinin qeyd olunacağını bildirib və türkdilli ölkələrin parlamentarilərinin qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
Daha sonra plenar iclasda TürkPA Katibliyinin 2016-cı il üçün maliyyə büdcəsi və Astana bəyannaməsi qəbul edilib.
Bununla da TürkPA-nın 6-cı plenar iclası işini yekunlaşdırıb. Yeddinci plenar iclasın 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Qırğızıstan Joqorku Keneşinin sədri Asılbek Jeenbekovla görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğu qeyd edilib. Parlamentlərarası əlaqələrin bugünkü vəziyyəti və inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

