/ / San-Marinonun “L’İnformazione” qəzetinin oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
San-Marinonun “L’İnformazione” qəzetinin oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
12.11.2015 [10:06]
Azərbaycanın İtaliya, San-Marino və Maltadakı səfirliyinin müşaviri Vüqar Hacıyev San-Marinonun “L’İnformazione” qəzetinə müsahibəsində ölkələrimiz arasındakı əlaqələr, Azərbaycan həqiqətləri və digər məqamlar barədə danışıb.
V.Hacıyev cari ilin sentyabrında San-Marinonun xarici işlər naziri Paskal Valentininin Bakıya səfərini xatırladıb. Bildirib ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə hökumətlərimiz arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması barədə Konvensiya imzalanıb. Bu sənədlər əlaqələrimizin genişlənməsinə töhfə verəcək, yeni iqtisadi təşəbbüslər üçün stimul yaradacaq. Ümumiyyətlə, ölkələrimizin rəsmilərinin qarşılıqlı səfərləri siyasi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, iqtisadiyyat, turizm və digər sektorlarda əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial var.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O deyib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri, digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı sənədləri var. Ermənistanın yürütdüyü təcavüzkar siyasət regionun inkişafına əngəl törədir. Bu problemin həlli üçün beynəlxalq birliyin dəstəyi çox önəmlidir.
Azərbaycandakı sürətli iqtisadi inkişafdan danışan diplomat vurğulayıb ki, inkişafın davamlılığı üçün kompleks strategiyalar həyata keçirilir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi diqqət mərkəzindədir. Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək üçün elmi potensialın və innovativ fəaliyyətlərin dəstəklənməsinə böyük önəm verilir. Azərbaycan önəmli geostrateji nöqtədə yerləşir. Bu baxımdan ölkəmizdə eyni zamanda, nəqliyyat, logistik infrastrukturların inkişafına böyük əhəmiyyət verilir. Belə ki, Ələt qəsəbəsindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə dəniz ticarətinin, dəmir yolu şəbəkəsinin genişləndirilməsi prosesi həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Azərbaycanda gənclər sahəsinə də böyük diqqət var. Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün qəbul olunmuş dövlət proqramı uğurla icra olunur. Proqram çərçivəsində 2 min 612 tələbəmiz xaricdə təhsil almaq imkanı əldə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

