“Sivil və səviyyəli” cəhalət körükçüləri
12.11.2015 [10:01]
Və yaxud Gültəkin Hacıbəyli öz köhnə ampluasında qalmaqdadır
Radikal müxalifət düşərgəsində yer alan marginal siyasi qrupların təmsilçilərinin öz korporativ maraqları naminə hər zaman Azərbaycanın dövlətçilik maraqlarına, ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə xələl gətirməyə hazır olduqları heç kəsə sirr deyil. Azərbaycan cəmiyyəti tez-tez cild dəyişən, gah bu, gah da digər bir partiyada “lövbər” salan radikalların ölkəmizin uğurlarını həzm edə bilməyən antimilli dairələrin sifarişlərini can-başla yerinə yetirdiklərinin, necə deyərlər, onların çaldıqları havalara çox böyük həvəslə qol götürüb oynadıqlarının dəfələrlə şahidi olub. Həyatda buraxdıqları səhvlərə görə cəmiyyətdən təcrid olunan və son ümid yeri kimi dağıdıcı düşərgəyə sığınan radikallar daim “bəlkə də, qaytardılar” xülyası ilə yaşayaraq respublikamızdakı mövcud dövlət quruluşuna, hakimiyyətə qarşı cəfəng, reallıqla bir araya sığmayan fikirlər səsləndirənlərə “dəstək” nümayiş etdirirlər. Ölkənin inkişafı, uğurlarımız çirkin məqsədlərlə dağıdıcı düşərgəyə sığınanları, bir qayda olaraq, qəm dəryasına qərq edir. Elə ki, haradasa beş-üç nəfər bir yerə yığışıb hansısa məişət və yaxud başqa bir zəmində narazılıq ifadə edir, belələrinin sanki çiçəkləri çırtlayır, dərhal zühur edərək, bir növ, yanan odun üstünə yağ tökməyə çalışırlar.
Bu günlərdə “Lent.az” saytında dərc olunan “Sivil və səviyyəli” cəhalət körükçüləri” sərlövhəli məqalədə də vurğulandığı kimi, fürsətbazlar yenə iş başındadılar. Sözügedən məqalədə qeyd olunur ki, ölkədə dindar kəsimin içərisindən xarici qüvvələrin məkrli planlarına alət olmuş bir dəstənin dağıdıcılıq cəhdləri bəzi siyasi uğursuzlar üçün göydəndüşmə olub. Radikal dinçilərin fəallaşması və cəmiyyətimizi xaosa sürükləmək istəyi “siyasi müxalifət”in fitçalanlarından dəstək almaqdadır.
“Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan fürsətbazlardan biri də “radikal müxalifətçi” statusu daşıdığı qısa vaxtda dağıdıcı düşərgədəki, demək olar ki, bütün marginal qrupların hamısını ələkdən keçirib sonda qondarma “Milli şura” da dayanan Gültəkin Hacıbəylidir. Gültəkin Hacıbəylinin “müxalifətçiliyi” radikalların öz “siyasi karyera”larını sırf korporativ maraqlar üzərində qurmalarına tipik nümunədir. Onun respublikanın indiki hakimiyyətinin ünvanına yeri gəldi-gəlmədi təriflər söyləməsi zamanın uzaq qatlarında yox, cəmi bir neçə il bundan qabaq baş verib. İddiaları, daha doğrusu, maddi maraqları təmin olunmayanda isə o, içindəki hikkəni nümayiş etdirməyə başladı və yerini layiq olduğu radikalların sıralarında tapdı. Beləliklə, bəhs edilən məqalədə də qeyd olunduğu kimi, stajlı iqtidarçı və stajçı müxalifətçi Gültəkin Hacıbəyli ölkəmizi fəlakət girdabına sürükləməyə çalışan cəhalət daşıyıcılarının hakimiyyətə və daha çox dövlətə qarşı çağırışlarına bərk aludə olub. O qədər ki, irtica, qan, cəhalət, qarşıdurma, parçalanma çağırışları edən “dinçi” avantüristləri öyməkdən belə çəkinməyib.
Məqalədə deyilir: “Azərbaycan Respublikasının konstitusion dövlət quruluşunu dəyişməyə, zorakılığa, itaətsizliyə çağırışları göz qabağında olan Hacı Tale Bağırzadə haqqında “Azərbaycanın ən sivil və səviyyəli dini kəsiminə - Hacı Talehin ətrafında olan inanclı insanlara qarşı sərt repressiyalara başlanılıb” yazan birinin demokratiya, qanunçuluq, milli maraqlar anlayışına necə “bərəkallah” deməyəsən?!
Axı uşağa da aydındır ki, Gültəkin xanım bu cəhalət şeypurçularının cəmiyyətində bir saat belə yaşamaz! Elə isə nədi bu eks-deputat xanımın dərdi? Əlbəttə, radikal dinçi dəstənin hakimiyyətə qarşı xaricdən körüklənən nifrəti! O və onun həmfikirləri pay ala bilmədikləri qazanın altını deşməyə çalışanlardır”.
Sözügedən məqalədə həmçinin Gültəkin Hacıbəyliyə sual edilir: “Öz feysbuk profilində hakimiyyət haqqında “siyasi məhbusların azadlığı və demokratik islahatlar tələbini rədd edənlər...” yazan xanım Hacıbəyli illər öncə ölkədə siyasi məhbusun olmadığını Avropanın ən mötəbər qurumlarının tribunalarından söylədiyini unudubmu?” Bu sual yerinə düşür. Axı, vurğulandığı kimi, Azərbaycanı Avropa Şurasında təmsil edən heyətin üzvü olaraq G.Hacıbəylinin o vaxt hansı mövqedə olduğunu onu tanıyanların hamısı bilir.
G.Hacıbəylinin “ən sivil və səviyyəli” adlandırdığı dəstənin təmsilçilərindəki təfəkkürə baxın. Özünü “Şəmkir rayonunun ilahiyyatçısı” adlandıran Qulu İbrahimov: “... Buradan xəbərdarlıq edərək bildiririk ki, əgər o rəis haqqında tədbir görülməsə, Allah Özü onu cəzalandıracaq. Biz bunu bildiyimiz üçün əlimizdən gələn hər bir şeyi edəcəyik ki, Allah o yezid xislətliləri, məmurları bizim vasitəmizlə cəzalandırsın. Biz heç nədən qorxmuruq. Azərbaycan Konstitusiyasında ən ağır cəza ömürlük həbsdir. Biz nəinki ömürlük həbsə, dini dəyərlərimiz üçün hətta şəhid olmağa belə hazırıq... İmam Hüseynin (ə) buyurduğu kimi, “zillətlə yaşamaqdansa, izzətlə ölmək şərəflidir”...”
Budurmu “sivil və səviyyəli” qüvvələr?
Əlbəttə, dövlətin və cəmiyyətin təhlükəsizliyini qorumalı olan müvafiq qurum vaxtında öz məsuliyyət dairəsində çalışsaydı, bu cür qeyri-hüquqi, antikonstitusion, zorakı çağırışlar eşidilməzdi. Bu cür təxribatçı və düşmən çevrələrin oyunlarına alət olan dəstələr ortaya çıxmazdı ki, bunu fürsət bilib gözləri parıldayan hacıbəylilər də boş xəyallara qapılmasınlar...
Haqqında bəhs olunan məqalədə Azərbaycan xalqının bu dövləti qurmaq, bu bayrağı ucaltmaq üçün minlərlə şəhid verdiyi, mübarizə apardığı və bu mübarizəni indi də davam etdirdiyi xatırladılır və son günlər dövlətimizə və cəmiyyətimizə yönəlmiş təxribatçı, təhqiramiz və təhlükəli çağırışlar illərdir bir an belə səngiməyən təxribat siyasətinin davamı kimi səciyyələndirilir. Yazıda belə bir qənaət ifadə olunur ki, uzun illər ərzində olduğu kimi, bu dəfə də təxribat cəhdləri uğursuzluğa düçar olacaq.
“Azərbaycanı dünyəvi, hüquqi, sivil dövlət quruculuğu yolundan sapdırmağa çalışanlar bunu unutmasınlar!”, - deyə məqalədə vurğulanır.
Beləliklə, Gültəkin Hacıbəyli bir “siyasətçi” kimi belə ekstremist ruhlu çağırışların sivil və demokratik Azərbaycanın gələcəyi üçün nə qədər təhlükəli olduğunu dərk etməlidir. Bundan başqa, zərif cinsin təmsilçisi olan keçmiş deputat bu qəbildən olan çağırışlarda bulunanların ünvanlarına təriflər söyləyərkən günaha batdığının da fərqindədirmi? Bir anlığa din pərdəsi altında gizlənən ekstremist qrupların insanlığa zidd əməllərinə görə İraqda, Suriyada və digər ölkələrdə dinc insanların hansı ağır məhrumiyyətlərlə üzləşdiklərini göz önündə canlandıraq. Azərbaycanın da belə məkrli ssenarilərə sürüklənməsinin qarşısı qətiyyətlə alınmalı və dini-ekstremist qruplar elə beşikdəcə boğulmalı, ram edilməlidir. İndiki məqamda bu, hər kəsin, elə Gültəkin Hacıbəylinin də vətəndaşlıq borcuna çevrilməlidir!
Hazırladı: Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08

