Ceyson Kats: Azərbaycanda seçkilərə maraq kifayət qədər yüksəkdir
02.11.2015 [11:40]
Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə iş şöbəsinin keçmiş rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert, Milli Məclisə seçkiləri müşahidə edən qrupun üzvü Ceyson Kats AZƏRTAC-a məxsusi müsahibə verib.
- Cənab Kats, Azərbaycanda növbəti parlament seçkilərinin gedişini izləmisiniz. Prosesi necə dəyərləndirirsiniz?
- Mən noyabrın 1-də böyük müşahidə qrupunun tərkibində dörd müxtəlif seçki məntəqəsində oldum. Azərbaycanda keçirilən seçkilər bir amerikalı olaraq məndə xoş təəssürat doğurdu. Ölkənizdə seçkilər yüksək səviyyədə təşkil olunub və keçirilib. Məntəqələrdə şəffaf qutuların qoyulması, komissiya üzvlərinin qaydalara ciddi riayət etmələri, təkrar səsvermənin qarşısının alınması üçün barmaqların görünməz mürəkkəblə işarələnməsi həqiqətən seçkilərin peşəkarlıqla hazırlanıb keçirilməsindən xəbər verir. Azərbaycanda seçkilərə maraq kifayət qədər yüksəkdir. Seçki məntəqələrində çalışan insanlar peşəkar hazırlıq prosesi keçiblər. Seçkiyə gələn insanların hər hansı bir sualı dərhal cavablandırılır. Bir sözlə, Azərbaycanda şəffaf, demokratik seçkilərin keçirildiyinin şahidi oldum.
- Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə nə deyə bilərsiniz?
- “Cənub” qaz dəhlizi layihəsi beynəlxalq aləmdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq layihə kimi qiymətləndirilib. Avropa İttifaqının üzvü olan ölkələr üçün bu vacib layihə enerji təchizatının şaxələndirilməsi, bu ölkələrin enerji resurslarına tələbatının ödənilməsi istiqamətində töhfələrini verəcək. Beləliklə, “Cənub” qaz dəhlizinin işə düşməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti daha da artacaq. Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək zəngin neft və qaz yataqlarına malikdir. Azərbaycan ilə Avropa enerji və təhlükəsizlik sahələrində uğurla əməkdaşlıq edir. Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması ABŞ-ın xarici siyasətinin gündəliyinə daxildir.
Azərbaycan və ABŞ əsgərləri NATO-nun Əfqanıstanda sülhyaratma missiyası tərkibində çiyin-çiyinə çalışırlar. Əsgərlərimizin bundan əvvəl İraqda, Bosniya və Herseqovinada sülhyaratma qüvvələrinin tərkibində də xidmət aparması ABŞ-Azərbaycan əlaqələrinin nə qədər yaxın olmasından xəbər verir. Azərbaycanın “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində həyata keçirilən “Trans-Anadolu”, “Trans-Adriatik” boru kəmərləri layihələrindəki rolu çox böyükdür.
- Bildiyiniz kimi, Azərbaycanda bir çox xalqların nümayəndələri, həmçinin 30 mindən çox yəhudi sülh şəraitində yaşayır. Ölkəmizdəki mövcud tolerantlıq barədə nə deyə bilərsiniz?
- Bu məsələdən danışarkən qeyd etməliyəm ki, Azərbaycan həqiqətən də tolerantlıq nümunəsidir. Bunu artıq hər kəs qəbul edir. Azərbaycan yalnız yəhudilərin dinc şəraitdə yaşadığı məkan deyil. Burada müsəlmanlar, xristianlar, yəhudilər, eləcə də müxtəlif dini qrupların nümayəndələri əsrlərdən bəri dinc, sülh, əmin-amanlıq şəraitində yaşayıblar və yaşayırlar. Bu, Azərbaycanın mədəni zənginliyidir, ən böyük sərvətidir. Etnik və dini qruplar arasında heç bir iğtişaş yoxdur və bu vəziyyət əsrlərdir ki, belədir. Əgər sırf yəhudilərdən danışsaq, Quba yəhudiləri 25 əsrdir ki, burada yaşayırlar. Onların tarixi Babildən sürgün olduqları vaxta dayanır və bu, çox uzun zaman öncə baş verib. İndi onlar Azərbaycanın tamdəyərli vətəndaşlarıdır.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Təbii ki, Dağlıq Qarabağ münaqişəsi böyük problemdir. Mən münaqişənin çətinliklərini yaxşı başa düşürəm. ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə o qədər də böyük diqqət ayırmır. Düşünürəm ki, birinci və əsas addım Dağlıq-Qarabağın işğalçı qüvvələrdən azad edilməsidir. Ermənistan hərbi qüvvələri qoşunların təmas xəttində atəşkəsi tez-tez pozurlar. Təbii ki, Azərbaycan tərəfi buna atəşlə cavab verməlidir. Əgər Ermənistan qoşunlarını Dağlıq Qarabağ ərazisindən geri çəkərsə, o zaman sülh danışıqlarının perspektivlərindən, ümumiyyətlə, problemin daha aydın, açıq şəkildə həll edilməsindən söhbət gedə bilər. BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu ərazi heç bir ölkə, heç bir qurum tərəfindən müstəqil respublika kimi tanınmayıb, heç Ermənistan tərəfindən də. İndiyədək Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağı “müstəqil respublika” adlandırırdı. İndi isə Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu qeyd etməklə erməni mətbuatında “kvant dönüşü” yaradıb. Həqiqətən, Ermənistan prezidenti erməni mətbuatında da çaşbaşlıq yaradıb. Yəqin, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistana aid olmasına hələ də inanır.
Biz əgər hər hansı bir dövlətin ərazi bütövlüyündən danışırıqsa, birmənalı şəkildə buraya Azərbaycanın ərazi bütövlüyü daxil etməliyik. Əgər Avropa Şurası Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparırsa, düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi üzərində də düşünməlidir.
- Gələn il Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edəcək. Siz beynəlxalq ekspert olaraq ölkəmizin bu illərdə qət etdiyi yolu necə qiymətləndirirsiniz?
- Azərbaycanın inkişafı dinamikdir. Buraya səyahət etdiyim 11 il ərzində ölkənin inkişafı möhtəşəm olub. Biz, həmçinin cəmiyyətin inkişafından danışmalıyıq. Azərbaycan hökuməti cəmiyyətin sabitliyi və demokratiyanın inkişafı üçün zəruri olan bütün sivil qurumları yaratmaqla mühüm işin öhdəsindən gəlib. Mənim artıq 11 ildir ki, Azərbaycana səfər etdiyimi insanlar eşidəndə onlarda bir çox suallar yaranır. Mən onlara bu mesajı verirəm ki, əgər siz səyahət etmək üçün müasir tolerant şəhər axtarırsınızsa, Bakı ən düzgün seçimdir. Azərbaycanın regionları da möhtəşəmdir. Gəncə, Tovuz, Qəbələ, Qusar, yaşıl meşələr, zirvəsi qarlı dağlar - bunların hər biri Azərbaycanı sevmək və burada çalışmaq üçün insanı cəlb edən gözəl amillərdir. Azərbaycan siyasətçiləri ilə işləmək möhtəşəmdir. Azərbaycanlılar mənim indiyədək gördüyüm ən qonaqpərvər insanlardır. Mən Azərbaycanlıları tanıdığım üçün çox şadam. Onlar hər zaman məni öz ailələrinin üzvü kimi qəbul edirlər.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20

