Bakıda Avropa paytaxt polis rəislərinin növbəti 37-ci konfransı keçirilir
29.08.2015 [11:01]
Avqustun 28-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa paytaxt polis rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda iyirmi beş ölkədən 70-ə yaxın nümayəndə iştirak edir.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına həsr olunmuş bu mötəbər tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Respublikamızın zəngin tarixə və mədəniyyətə malik, Avropa ilə Asiya arasında yerləşən, Şərqdə ilk demokratik cümhuriyyəti quran ölkə olduğunu xatırladan nazir müstəqilliyin bərpasının ilk illərində respublikamızda mürəkkəb ictimai-siyasi vəziyyətin mövcudluğunu, yalnız 1993-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə görülən tədbirlər nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitləşdiyini, kriminogen durumun tam nəzarətə alındığını, vətəndaşlarımızın dinc, təhlükəsiz yaşamasının təmin edildiyini diqqətə çatdırıb.
Növbəti illərin ölkəmiz üçün transformasiya və inkişaf dövrü olduğunu, Azərbaycanın beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildiyini, regional müstəvidə, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan daxili işlər naziri bu gün bütün dünyada, o cümlədən bölgədə yaşanan böhranlara baxmayaraq, respublikamızın uğurla inkişaf etdiyini, insanların rifah halının yaxşılaşdığını, dövlətimizin siyasətinin mərkəzində vətəndaşların hüquq və azadlıqlarının qorunmasının, onların rifahının, milli dəyərlərin dayandığını, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız üçün taleyüklü sayılan mühüm layihələrin reallaşdığını qeyd edib.
Daha sonra Ramil Usubov konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib.
Həmçinin qeyd olunub ki, son on ildə 5 mindən çox əməkdaşımız BMT, NATO, Avropa Şurası və ATƏT-in təşkil etdiyi tədbirlərdə iştirak edib, təcrübə mübadiləsi aparılıb. Artıq onların bir çoxu xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimiz də tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 94 beynəlxalq sənəd imzalanıb.
Qonaqların diqqətinə çatdırılıb ki, hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə tam imkan verir. O da bildirilib ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində qazanılan uğurların məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Paytaxt Bakı şəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, təxminən iki ay əvvəl ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi edib. Qitənin 6 mindən çox idmançısını bir araya gətirən və miqyasına görə Yay Olimpiya Oyunlarına bərabər olan bu dostluq və tərəfdaşlıq tədbiri də təhlükəsizlik və sabitlik şəraitində başa çatıb.
Çıxışının sonunda general-polkovnik Ramil Usubov Avropa paytaxt polis rəislərinin 37-ci konfransında aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir iştirakçılarını salamlayaraq Şərq və Qərb sivilizasiyalarını, qədimliyi və müasirliyi özündə əks etdirən paytaxtımız haqqında qısa məlumat verib. O, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə quruculuq işlərinin geniş vüsət aldığını, paytaxt Bakı şəhərinin simasının yeniləşdiyini, daha da gözəlləşdiyini, bu inkişafın təməlində digər amillərlə bərabər, vətəndaşlarımızın, ölkəmizin qonaqlarının, burada yaşayan və işləyən əcnəbilərin təhlükəsizliyinə, bütövlükdə, Azərbaycanın tərəqqisinə xidmət göstərən sabitliyin dayandığını, bu sabitliyin əldə edilməsində polisin də böyük xidmətləri olduğunu vurğulayıb.
Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.
Avropa paytaxt polis rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.
Tədbir çərçivəsində qonaqlar paytaxtın görməli yerləri, xalqımızın qədim və zəngin adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Konfransın sonuncu günü iştirakçılar Daxili İşlər Nazirliyinin “102”, “Təhlükəsiz Şəhər” xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinə baş çəkəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01

