Musa Quliyev: Leyla Yunusu “müdafiə edənlər” ondan daha çox özlərini düşünürlər
22.08.2015 [10:58]
“Ümumiyyətlə, hər bir məsələyə öz predmeti üzrə baxılmalı və qiymət verilməlidir. Yəni, hər hansı bir hüquqi, məhkəmə müstəvisində olan məsələyə siyasi qiymət verməyin özü doğru deyil”.
Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, həmçinin, hər hansı bir siyasi məsələyə də iqtisadi, sosial tərəfdən qiymət vermək özü doğru deyil.
“Bu mənada hər kəs öz işi ilə məşğul olmalıdır”, - deyən M.Quliyevin fikrincə, siyasətçilər öz siyasəti, hüquq-mühafizə orqanlarının işçiləri öz işləri, öz vəzifələri ilə məşğul olmalıdırlar: “Bəli, Leyla Yunus məsələsi o cümlədən, digər bəzi bizim siyasi müxalifətdə olan və müxtəlif cinayətlərə görə məhkum olunan, həbs olunan insanların da məhkəmə prosesləri göstərdi ki, kənardan müdaxilələr var. Bu müdaxilələrdə məqsəd nədir?
Birinci növbədə, həmin insanlara, guya, dəstək göstərməklə öz varlıqlarını sübut etməkdir. Digər tərəfdən, müəyyən sifarişləri yerinə yetirməklə - təəssüf ki, bəzi hallarda xaricdən gələn bu sifarişlərin arxasında maliyyə mənbəyi, maliyyə dəstəyi də durur- bunlar hardasa özlərinin də ona oxşar fəaliyyətlərini sığortalamaq üçün bu canfəşanlığı edirlər.
Yadınızdadırsa, hələ Leyla Yunusdan qabaq Rauf Mirqədirov həbs olunanda Leyla Yunus çox böyük bir canfəşanlıqla bunu bir siyasi aksiya, müxalifətdə olan insanlara, azad sözə, fikrə basqı kimi qiymətləndirdi. Amma hansı ki, Rauf Mirqədirov heç vaxt müxalifətdə olmamışdı və Rauf Mirqədirov həbs olunana qədər artıq Türkiyədə yaşayırdı.
Amma müəyyən orqanların əlində elə faktlar var idi ki, Rauf Mirqədirovun fəaliyyətində Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə zərər verə biləcək hallar var və onu sonra məhkəmənin gedişində elə Rauf Mirqədirovun özü, onun ailəsi də təsdiq etdilər”.
M.Quliyev bildirib ki, o zaman L.Yunusun canfəşanlığı da Mirqədirova görə deyildi, əməllərinin sabah faş olunacağı halda özünü müdafiə etməyə cəhd etməsi ilə bağlıydı: “Bu gün də, məsələn, eşidirəm ki, “Milli şura” adlanan qurumdan bəzi adamlar, radikal müxalifətdən olan bəzi adamlar müxtəlif bəyanatlar verirlər. Bunlar, əslində, Leyla Yunusu müdafiə etməkdən daha çox iki işi görürlər.
Birincisi, onlara verilən sifarişi yerinə yetirirlər. İkincisi, sabah özlərinin də müxtəlif cinayətləri ortaya çıxarsa və onlar da Leyla Yunusun oturduğu yerdə oturarlarsa, özlərinə indidən alibi qazandırmaq fikrindədirlər.
Biz sivil, demokratik cəmiyyətdə yaşayırıq və hər şeyə hüquq müstəvisindən yanaşmağı öyrənməliyik. Bu gün kimsə, tutaq ki, məhkəmə qərarı ilə həbs olunursa, ondan yuxarı məhkəmə instansiyalarına müraciət etmək hüququ var. Bu insanın vəkili var. Bu insanın yaxın adamları, ailə üzvləri var. Onlar yuxarı instansiyalara müraciət edə bilərlər.
Ali Məhkəmə var, ondan sonra Ali Məhkəmənin Plenumu var, Konstitusiya Məhkəməsi var, Avropa Məhkəməsi var. Niyə bunlar o məhkəmələrin qərarını gözləmirlər və indidən bunun siyasi bir aksiya olduğunu göstərmək istəyirlər?
Ona görə də belə hay-küyləri biz çox görmüşük və cəmiyyət də artıq belə hay-küylərə öyrənib. Hesab edirəm ki, artıq o radikal mövqedə duran insanlar özləri də bir qədər öz hərəkətlərini başa düşməlidirlər”, - deyə M.Quliyev daha sonra sözlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50

