/ / YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar növbəti müşavirəni Lənkəranda keçirib
YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar növbəti müşavirəni Lənkəranda keçirib
22.08.2015 [11:07]
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı cənub bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirə keçirib. Müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayon, Lənkəran şəhər şöbələrinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. YAP-ın Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanaraq inamlı qələbələr əldə etdiyini vurğulayan Əli Əhmədov böyük resurslara malik iqtidar partiyasının qarşıdakı parlament seçkilərində də uğur qazanacağına əminliyini ifadə edib.
Əli Əhmədov deyib: “Son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Bu rəqəmin arxasında əməli işlər, güclü siyasət dayanır. Həyatımızın bütün sahələrində inkişaf baş verib, əhalinin həyat səviyyəsi yüksəlib. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların rahatlığına xidmət edir. İnsanların həyatının keyfiyyətcə dəyişməsi onların gələcəyə olan ümidini daha da artırıb. Bütün bunlar partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasətinin və səmərəli fəaliyyətinin nəticəsidir. Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb. Bu əmin-amanlığın təminatçısı dövlətimizin başçısıdır”.
Azərbaycanda 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, seçkiqabağı kampaniyada gənclərlə və qadınlarla aparılan işin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, partiyanın üzvləri bütün resurslardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməli, mövcud problemlərin həllini birgə səylərlə təmin etməli, təbliğat və təşviqat kampaniyasında verilən seçici tapşırıqlarını ciddi nəzarətə götürməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə töhfə verməlidirlər.
YAP-ın 700 minə yaxın üzvü olduğunu vurğulayan Əli Əhmədov deyib ki, partiyanın hər bir üzvünün səsvermədə iştirakına nail olmaq ümdə məsələlərdən biridir. Bütün bu vəzifələrin yerinə yetirilməsində partiyanın şəhər və rayon təşkilatlarının üzərinə mühüm vəzifələr düşür.
Müşavirədə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşovun, partiyanın Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyevin Milli Məclisə növbəti seçkilərlə bağlı görülən işlər barədə hesabatları dinlənilib.
Daha sonra Əli Əhmədov seçkilərə hazırlıqla əlaqədar qarşıdakı dövrdə görüləcək işlərə dair tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

