Qəbələdə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu zirvə toplantısı keçirilib
07.08.2015 [00:36]
Avqustun 6-da Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu zirvə toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, müasir Azərbaycan dövlətinin qurucusuna dərin ehtiramlarını ifadə ediblər.
Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ağsaqqallar şuralarının sədrləri, TürkPA-nın rəsmi şəxsləri gündəmdə olan müxtəlif məsələləri müzakirə ediblər.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov zirvə toplantısında iştirak edənləri salamlayaraq bildirib ki, türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqda, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə də xarakterizə olunur. Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticələri və perspektivdə atılacaq addımların nədən ibarət olacağı türkdilli dövlətlərin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas müzakirə predmetləri sırasında yer alıb.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyev, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, senator Adil Ahmetov, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen çıxış edib.
Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
Toplantıda Türk Akademiyası tərəfindən orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan “Ortaq türk tarixi” dərslik proqramı və türk dövlətlərinin inteqrasiya konsepsiyası, eləcə də “Ortaq coğrafiya” kitabının ərsəyə gətirilməsinə dair müzakirələr aparılıb. Həmçinin tədbirdə sentyabrın 11-də Qazaxıstanda keçiriləcək “İnformasiya və Media İşbirliyi” Türk Toplusunun 5-ci zirvə toplantısından əvvəl bu sahə üzrə nazirlərin görüşünün keçirilməsi barədə fikir mübadiləsi edilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diasporlarının regional mərkəzlərinin ABŞ, Fransa və Almaniyada qurulması, birgə fəaliyyət göstərmələri və bir mərkəzdən idarə olunmaları istiqamətində fikir mübadiləsi aparan ağsaqqallar, həmçinin Şuraya üzv ölkələrdə keçiriləcək prezident və parlament seçkilərində TürkPA missiyası tərəfindən müşahidəçilərin seçki prosesini izləməsi məsələlərini də müzakirə ediblər.
Eyni zamanda, tədbirdə “Qardaş limanlar”ın 2-ci toplantısının bu il Bakıda keçirilməsi, eləcə də Şuraya üzv ölkələr arasında alternativ enerji və informasiya, kommunikasiya texnologiyaları sahələrində yeni işbirliyi layihələri haqqında müzakirələr aparılıb. Zirvə toplantısının sonunda nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və sabitliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

